Главная > Cəmiyyət > Birinci sinifə qəbulun vaxtı bilindi

Birinci sinifə qəbulun vaxtı bilindi


26-02-2020, 13:48. Разместил: azadses
Elektron qeydiyyat martın 10-dan başlayır
2020-2021-ci təhsil ilində bütün ümumtəhsil məktəblərinin birinci siniflərinə elektron formatda qəbul aparılacaq. Elektron qeydiyyat bu il martın 10-dan başlayır.
Belə ki, hazırlıq qruplarına elektron qeydiyyatdan keçərək Azərbaycan bölmələrinin məktəbəqədərki qruplarında təhsil alan uşaqlar avtomatik şəkildə birinci siniflərə salınacaqlar. Bu uşaqların valideynləri və ya qanuni nümayəndələri martın 10-dan etibarən şəxsi elektron kabinetlərindən (mektebeqebul.edu.az) ərizə blankını çap etdirib övladlarının hazırlıq gördükləri məktəbə təqdim etməlidirlər.
Məlum olduğu kimi, Bakıda bəzi valideynlər övladlarını yaşayış yerindən aralıdakı məktəbə düzəltməyə çalışırlar. Belə valideynlər bilməlidir ki, məktəbə qəbul zamanı yaxınlıqda yaşayan (rəsmi qeydiyyata əsasən), valideynlərindən birinin məktəbdə işlədiyi, qardaşı və ya bacısı məktəbdə oxuyan uşaqlara üstünlük verilir. Məktəbdən uzaqda yaşayan uşaq bu şərtlərin heç birinə uyğun gəlmirsə, adı ehtiyat siyahısına salınır. Bu siyahıda adı birinci olaraq qeyd olunmuş uşağın məktəbdə boş yer açıldıqda oraya qəbul olunmaq üçün daha çox şansı var.




Вернуться назад