Главная > Cəmiyyət > İrandan gələn 23 nəfər xəstəxanaya yerləşdirildi - RƏSMİ

İrandan gələn 23 nəfər xəstəxanaya yerləşdirildi - RƏSMİ


25-02-2020, 18:03. Разместил: azadses
Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək
"İranın xəstəlik qeydə alınan ərazilərində olan 23 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib". 
Azadsəs-in məlumatına görə, bu, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə yaydığı məlumatda deyilir.
Bildirilib ki, ilkin müayinə zamanı 2 nəfərin hərarəti normadan bir qədər yüksək olub. Səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək. 
  
Qeyd edilir ki, yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir. Ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş olunur.




Вернуться назад