Главная > Cəmiyyət > Bu dərmanları əsla qəbul etməyin

Bu dərmanları əsla qəbul etməyin


17-01-2021, 16:27. Разместил: azadses
Amerika Uşaq Xəstəxanasının həkimi Joşua Şaffçin bəzi dərmanları koronavirus xəstəliyində qətiyyən istifadə etməməyi tövsiyə edib.

''Azad Səs'' xarici mətbuata istinadən xəbər verir ki, həkimin sözlərinə görə, Loperamid ilə antidiareal dərmanların istifadəsindən imtina etməyə dəyər, çünki onlar bağırsaqların işini yavaşladır, orqanizmin bakteriyalardan təmizlənməsinə mane olur. Şaffçin su içməyi və təbii prosesə müdaxilə etməməyi məsləhət görüb.

Həkim qeyd edib ki, dekonjestanlar, xüsusən də inhalatorlardan istifadə edilməməlidir. Çünki bunlar astma olmadığı təqdirdə bədənə kömək etməkdənsə zərər verə bilər. Tərkibində fenilefrin olan hər hansı dərman da ürək üçün zərərlidir.
"Bu dərmanlar burundakı kiçik qan damarlarını bağlayır ki, bu da qan axınını azaldır", - Şaffçin məqaləsində qeyd edib.(Publika.az)

Вернуться назад