Главная > Cəmiyyət > Koronavirusun şiddətinə təsir edən FAKTOR
Koronavirusun şiddətinə təsir edən FAKTOR17-01-2021, 14:50. Разместил: azadses |
![]() ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri İngilis Tibb Birliyinin “Gut” jurnalında dərc edilib. 2020-ci ilin fevral-may aylarında mütəxəssislər 100 koronavirus xəstəsinin qan və nəcis testi nəticələrini həm xəstəxanada olduqları müddətdə, həm də sağaldıqdan sonra 30 gün ərzində analiz edib. Elm adamları araşdırmaya eyni zamanda pandemiyadan əvvəl mikrobiom tədqiqatında iştirak edən 78 nəfərin məlumatlarını əlavə edib. Koronavirus xəstələrində immun cavab bakteriyası xeyli az olub və müalicə olunduqdan sonra aşağı düşüb. Mütəxəssislər hesab edir ki, sağaldıqdan bir neçə ay sonra da davam edən yorğunluq, təngənəfəslik və oynaq ağrıları bağırsaq mikrobiomundakı disbalans nəticəsində baş verir. Alimlər həzm sistemindəki faydalı bakteriyaların bəzi simptomları və onun şiddətini yüngülləşdirə biləcəyini söyləyib. Вернуться назад |