Главная > Cəmiyyət > Azərbaycanın qonşusunda böyük fəlakət - 8 ölü

Azərbaycanın qonşusunda böyük fəlakət - 8 ölü


24-02-2020, 08:14. Разместил: azadses
İranda koronovirus daşıyıcılarının sayı sürətlə artır
Dünyada koronavirus təhlükəsi sürətlə artmaqda davam edir. Ən son məlumata görə, Çində artıq 2592 nəfər ölüb. Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatına görə, gün ərzində virusdan 150 ölüm hadisəsi qeydə alınıb. 
24 734 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Hazırda Çində 77 150 nəfər virus daşıyıcısıdır. 
Xəstəliyin yayılması və ölüm hallarına görə ilk yerdə isə əvvəlki kimi Xubey vilayəti gəlir.
Virus Azərbaycanın cənub qonşusu olan İranda da vüsət alıb. Son məlumata görə, bu ölkədə 8 nəfər virusun qurbanı olub. Son bir gündə daha 15 nəfərdə adıçəkilən virus aşkar edilib. Bununla da virus daşıyıcılarının sayı 48-ə yüksəlib. 
Yoluxma hallarından 7-i Qum, 4-ü Tehran,2-i Gilan, yerdə qalanları isə Mazandaranda qeydə alınıb. 
Pakistan koronavirus səbəbindən İranla Taftandakı sərhəd-keçid məntəqəsini müvəqqəti olaraq bağlayıb. Əfqanıstan hökuməti də virus səbəbindən İranla nəqliyyat əlaqələrini dayandırıb.
İordaniya isə bütün vətəndaşlara Cənubi Koreya, Çin və İrandan krallıq ərazisinə daxil olmağı qadağan edib.




Вернуться назад