Главная > Cəmiyyət > Vaksin olunanlar koronavirusa yoluxdu, amma... - ŞAD XƏBƏR

Vaksin olunanlar koronavirusa yoluxdu, amma... - ŞAD XƏBƏR


11-01-2021, 09:40. Разместил: azadses
Türkiyədə vaksinasiyaya cəlb olunan 10 min insandan sadəcə 34 nəfər koronavirusa yoluxub.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Kocaeli Universiteti İnfeksion Xəstəliklər üzrə mütəxəssis professor Sıla Akhan açıqlayıb.

Onun sözlərinə görə, ən yaxşı xəbər insanların infeksiyaya yoluxmasına baxmayaraq, xəstəliyi yüngül keçirmələridir.

Qeyd edək ki, hazırda Türkiyədə Çindən tədarük edilən “Sinovac” vaksininin 3-cü mərhələ yoxlanış sınaqları aparılır. Bu çərçivədə 13 min insana vaksin vurulması planlaşdırılır. Artıq inyeksiya olunanların antitelin səviyyəsinin yoxlanılması üçün çağırış başlanıb. Vaksin effektivlik və etibarlılıq testindən uğurla keçərsə, gələn həftə kütləvi vaksinasiya başlanacaq.

İlkin mərhələdə səhiyyə işçiləri və 60 yaşdan yuxarı şəxslərə vaksin vurulması planlaşdırılıb.


Вернуться назад