Главная > Cəmiyyət > Xankəndində yaşayan ermənilər Bakıdakı universitetlərdə təhsil alacaqlar? - AÇIQLAMA

Xankəndində yaşayan ermənilər Bakıdakı universitetlərdə təhsil alacaqlar? - AÇIQLAMA


9-01-2021, 10:51. Разместил: azadses
Sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələndi. Dekabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin iştirakı ilə imzalanan üçtərəfli bəyanata uyğun olaraq Xankəndində, Xocalı və Xocavənddə ermənilərlə azərbaycanlılar birgə yaşayacaq. Bu gün müzakirə olunan məsələlərdən biri də Xankəndində, Xocalı və Xocavənddə ermənilərin təhsil məsələsinin necə həll ediləcəyidir. Bundan əlavə insanlarımızı düşündürən sual Xankəndində yaşayan ermənilərin Bakıda ali təhsil müəssiələrində təhsil ala biləcəkləri ilə bağlıdır.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, bu məsələ cənab prezidentin çıxışında da öz əksini tapıb:

"Azərbaycan ilk gündən birgə yaşayış modelini təklif edib.

Belə ki, Azərbaycan vətəndaşlığını qəbul edən və hörmətlə yanaşan ermənilər dövlətimizin bərabərhüquqlu vətəndaşları sayılacaqlar. Bu dünyada da qəbul olunmuş yanaşmadı. Artıq münaqişə arxada qalıb. Növbəti mərhələdə münaqişənin tənzimlənməsi istiqamətində addımlar atılır. Bu baxımdan da gələcəkdə azərbaycanlılarla ermənilərin birgə yaşaması məsələsi gündəmdədir. Əlbəttə, bu, Azərbycan xalqına qarşı cinayət törətməyən, bizim hüquq mühafizə orqanları tərəfindən axtarışda olmayan və Azərbaycan qanunlarını qəbul edən ermənilərə aid olacaq. Azərbaycan qanunlarını və şərtlərini qəbul edərək yaşayan ermənilərə də təhsil üçün şərait yaradılacaq. Yəni burada orta və ali təhsildən söhbət gedir.

Ölkəmizə qarşı heç bir cinayət törətməyən ermənilər Azərbaycanın gələcəkdə vətəndaşları kimi həm orta, həm də ali təhsil ala biləcəklər. Çünki onlar da gələcəkdə Azərbaycanın idarəçiliyi və hakimiyyəti altında yaşayacaqlar.

Məhz buna görə də Xankəndində yşayan ermənilər də ölkəmizdə orta və ali təhsil almaq imkanı qazanacaqlar".

Вернуться назад