Главная > Cəmiyyət > Koronavirus Azərbaycanın bir addımlığında daha 2 nəfəri öldürdü

Koronavirus Azərbaycanın bir addımlığında daha 2 nəfəri öldürdü


21-02-2020, 14:10. Разместил: azadses
İranda virus qurbanlarının sayı artıb
Azərbaycanın cənub qonşusunda dünyanı lərzəyə salan koronavirus qurbanları artır. Ən son məlumata görə, İranda ölən virus daşıyıcılarının sayı 4 nəfərə çatıb. Bundan öncə iki ölüm faktı qeydə alınmışdı. 
Bu ölkədə yüni virusa yoluxanların sayı 18 nəfərə çatıb. Yoluxma halları Qum, Tehran, Gilan şəhərlərindədir. 
Çində isə ölüm sayı 2200-ü ötüb. COVID-19 koronavirusuna qarşı dərmanların sınaqlarının nəticələri 3 həftə sonra elan ediləcək. Bunu Dünya Səhiyyə Təşkilatının başçısı Tedros Hebreyesus bildirib.
Çindən daxil olan məlumatlar yoluxma hallarının tədricən azaldığını göstərilsə də, virus əvvəlki kimi çox təhlükəlidir və hazırda bir nömrəli təhdiddir. 




Вернуться назад