Главная > Cəmiyyət > Novruzun ilk çərşənbəsi nə vaxtdır?

Novruzun ilk çərşənbəsi nə vaxtdır?


21-02-2020, 11:11. Разместил: azadses
Bayramdakı qeyri-iş günlərinin sayı da bəllidir
Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb. AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, bu il ilk - Su çərşənbəsi fevralın 25-nə təsadüf edəcək. Martın 3-də Od, martın 10-da Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.
X.Mikayılov vurğulayıb ki, 2020-ci ildə yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. "Bununla da Şimal yarım kürəsinə Yaz fəsli daxil olur. Buna görə də martın 19-u bayram axşamı, martın 20-si isə bayram günü hesab ediləcək”.
Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 21 və 22 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.




Вернуться назад