Главная > Cəmiyyət > Bu şəxslərə əlavə pul verildi

Bu şəxslərə əlavə pul verildi


5-01-2021, 11:47. Разместил: azadses
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli qərarına əsasən dekabr ayı üçün tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.
 
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1650 tibb işçisinə 1,5 mln manat məbləğində müddətli əlavə ödənilib.
 
Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.

Вернуться назад