Главная > Cəmiyyət > Prezident Təhsil nazirinə yeni səlahiyyət verdi

Prezident Təhsil nazirinə yeni səlahiyyət verdi


1-11-2019, 22:18. Разместил: azadses
Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı
Prezident İlham Əliyev “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1687-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.
Azadses.az-ın məlumatına görə, fərmanla “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Təhsil nazirinə verilib.
Вернуться назад