Главная > Cəmiyyət > İngiltərə Azərbaycan Ordusundan dərs götürdü: Qarabağ döyüşlərindən sonra...

İngiltərə Azərbaycan Ordusundan dərs götürdü: Qarabağ döyüşlərindən sonra...


30-12-2020, 09:06. Разместил: azadses
Azərbaycan Ordusunun Dağlıq Qarabağda Ermənistan hərbi birləşmələrinə qarşı əldə etdiyi misilsiz qalibiyyətdən sonra Britaniya hərəkətə keçib.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, Birləşmiş Krallıq yeni silahlı pilotsuz uçuş aparatları proqramına start verəcək.

“Guardian”ın xəbərinə görə, müdafiə sənayesi rəsmiləri Azərbaycan Ordusunun qələbəsində Türkiyə istehsalı PUA-ların önəmli yer tutduğuna inanır.

Müdafiə Nazirliyi mənbələri bildirir ki, silahlı PUA-ların geniş yayılmasının riskləri haqqında xəbərdarlıqlara rəğmən, Britaniya 2021-ci ilin əvvəllərində açıqlanacaq 5 illik müdafiə büdcəsinin bir parçası olaraq özünün daha ucuz PUA-larına sahib olmaq istəyir.
Xəbərdə “Baykar Bayraktar TB2”nin 150 kilometrə qədər mənzilə sahib olduğu, havada 24 saat qala bildiyi vurğulanıb. Əlavə olaraq, bu PUA-ların digər ölkələrinkinə nisbətən ucuz olması döyüş zamanı onlardan bir neçəsinin itirilməsinin riskə gedilə biləcəyi qeyd edilib.
Krallıq Silahlı Qüvvələri İnstitutunun professoru Maykl Klark bildirib ki, Azərbaycanın PUA-lardan istifadəsi zəfərdə həlledici olub.
Qeyd edək ki, İngiltərənin Müdafiə naziri Ben Ualles 11 dekabrda verdiyi açıqlamada Türkiyənin yeni nəsil PUA-larını nümunə göstərmişdi.

Вернуться назад