Главная > Cəmiyyət > Xankəndidə evlər kütləvi satışa çıxarıldı - QİYMƏTLƏR

Xankəndidə evlər kütləvi satışa çıxarıldı - QİYMƏTLƏR


20-12-2020, 13:02. Разместил: azadses
Ermənilər Xankəndidəki evlərini satışa çıxarıblar.
 
''Azad Səs'' bu barədə daşınmaz əmlakın satışı və icarəsi ilə ixtisaslaşan list.am saytına istinadən xəbər verir.
 
Portaldan aydın olur ki, Ermənistan-Azərbaycan münaqişəsindən sonra əksər ermənilərin öz əmlaklarını ucuz qiymətə satışa çıxarması halları artıb.
 
Diqqətçəkən məqam odur ki, satışa çıxarılan evlərin əksəriyyəti mebel və məişət avadanlıqları ilə birgə alıcılara təqdim edilir.
 
Görünən odur ki, ermənilər bundan sonra Xankəndidə yaşaya bilməyəcəklərini dərk ediblər.
 
Konkret.az


Вернуться назад