Главная > Cəmiyyət > Bu günlərdə küçəyə çıxma qadağası qoyula bilər - AÇIQLAMA
Bu günlərdə küçəyə çıxma qadağası qoyula bilər - AÇIQLAMA19-12-2020, 15:43. Разместил: azadses |
"Baxmayaraq ki, ölkəmizdə koronavirusun son günlərdə artımı müşahidə olunur, mövsümlə əlaqədar bu artım öncədən gözlədiyimiz üçün koronavirusun nəzarətdən çıxdığını düşünmürəm". ''Azad Səs'' bildirir ki, bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib. İnfeksionist bildirib ki, qarşıdan gələn bayram günlərində insanlar bir az daha səbrli olaraq bayramı birlikdə keçirmək kimi vərdişlərdən bu illik, bu bayramlıq uzaq olmalıdırlar: "Koronavirusun gözlənildiyi kimi soyuq aylarda artması virusun özünə xas bir xüsusiyyətidir. Ancaq əsas odur ki, şad xəbərlər gəlir. Peyvəndləməylə, vaksinlərlə bağlı müsbət nəticələr var. Ona görə də növbəti aylarda vaksinasiyadan alınan nəticələr hesabına virusa yoluxanların sayında azalma görüləcək və həmçinin də sərt karantin rejiminin tətbiqi yaxın günlərdə testi pozitiv çıxan insanların sayında da xeyli fərq yaradacaq. Əsas odur ki, qarşıdan gələn bayram günlərində insanlar bir az daha səbrli olaraq bayramı birlikdə keçirmək kimi vərdişlərdən bu illik, bu bayramlıq uzaq olmalıdırlar. Mütləq şəkildə qapalı məkanlardan bacardığımız qədər uzaq durmalıyıq. Ailəvi və kütləvi toplantılardan çəkinməliyik. Çünki bu amillərin virusun sayının azalmasında çox böyük rolu olacağını düşünürəm. Sərt karantin rejiminin yaxın günlərdə effekt verəcəyini, bundan sonra da vaksinasiyanın daha da təkmilləşdirilməsi nəticəsində yaz aylarına doğru yoluxanların sayının azalmasını müşahidə edəcəyimizə ümid edirik. Вернуться назад |