Главная > Cəmiyyət > 190 manat ödənişlə bağlı VACİB AÇIQLAMA

190 manat ödənişlə bağlı VACİB AÇIQLAMA


19-12-2020, 13:50. Разместил: azadses
Məlumdur ki, ölkədə yenidən sərt karantin rejimi tətbiq olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahın 8 dekabr tarixli qərarına əsasən, məhdudiyyətlər 2021-ci il yanvarın 18-dək davam edəcək. Bu çərçivədə 190 manat birdəfəlik yardımın təkrar 600 min nəfərə verilməsi nəzərdə tutulur.
Maraqlıdır, birdəfəlik yardım yeni ilədək veriləcək?
''Azad Səs'' Sonxeber.az-a istinadən xəbər verir ki, bununla bağlı deputat Cavid Osmanov danışıb:
"190 manat Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından sonra veriləcək. Bu məsələ gündəmdədir. Ötən gün Milli Məclisin müzakirələrində də bu məsələ qaldırılıb. 600 min nəfəri əhatə edəcək siyahını bir daha təftiş eləməyə ehtiyac olduğu da iclasda səsləndirildi. Elə insanlar var onlara artıq 190 manat düşmür, çünki həmin insanların hardasa başqa gəlir yeri də var. Elə insanlar da var ki, tam əksinədir.
Ola bilər ki, yeni ilə keçməmiş 190 manat ehtiyacı olanlara verilməsi həyata keçirilsin. İstənilən halda qərarı gözləmək lazımdır.

Вернуться назад