Главная > Cəmiyyət > Koronovirus bəlası - qurban sayı 400-ü də keçdi

Koronovirus bəlası - qurban sayı 400-ü də keçdi


4-02-2020, 09:01. Разместил: azadses
Virusa yoluxanların sayı on minlərlədir
Çində koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxanların sayı 20,4 min nəfərə çatıb. Adıçəkilən virus 425 nəfərin həyatına son qoyub. Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Komitəsi məlumat yayıb.
Məlumata əsasən, 23,2 min adamın isə virusa yoluxma şübhəsi var. İndiyədək 632 nəfər sağalaraq xəstəxananı tərk edib. 
Son bir sutkada xəstələnlərin sayı Çində 3,2 min, ölü sayı isə 64 nəfər nəfər artıb.  2,8 min adamın vəziyyəti isə ağır olaraq qalır.
Xatırladaq ki, Çin iqtisadiyyatına böyük ziyan vuran virus artıq 25-dən atıq ölkədə müşahidə edilib. 




Вернуться назад