Главная > Cəmiyyət > Novruzda bir həftə iş yoxdur

Novruzda bir həftə iş yoxdur


4-02-2020, 08:50. Разместил: azadses


Bahar bayramından sonra iş həftəsi martın 27-də başlayacaq
Bu il Novruz bayramında bir həftə iş olmayacaq. Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli qərarına əsasən, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır.
Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. Beləliklə, bu il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-da iş olmayacaq.
8 mart - Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, martın 9-u qeyri-iş günü olacaq.



Вернуться назад