Главная > Cəmiyyət > Tətil bitdi - məktəb başladı

Tətil bitdi - məktəb başladı


1-02-2020, 11:45. Разместил: azadses
5 günlük tədris olan məktəblərdə dərs fevralın 3-dür
Məktəblilərin qış tətili başa çatdı. Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili yanvarın 27-dən başlamışdı. 
Altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə ikinci yarımilin ilk dərs günü fevralın 1-də olacaq. Beş günlük tədris olan məktəblərdə dərs fevralın 3-dən başlayacaq. 
Xatırladaq ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımildən ibarətdir. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.
Növbəti tətil isə ibtidai siniflər üçün may ayında olacaq. 5 günlük əlavə yaz tətili 1-5 may tarixlərini əhatə edəcək.




Вернуться назад