Главная > Cəmiyyət > Azərbaycanda siqaretlərin qiymətləri bahalaşdı

Azərbaycanda siqaretlərin qiymətləri bahalaşdı


1-02-2020, 11:43. Разместил: azadses
Ötən gündən paytaxtın bir sıra iri market və məhəllələrarası kiçik mağazalarında siqaretlərin qiymətində artım olub.
Azadsəs-in məlumatına görə, bəzi siqaretlər mağazalarda fərqli qiymətlərə təklif edilir.
Məsələn, bəzi mağazalarda “Winchester” daha əvvəl 2.80 AZN-ə, bu gün isə 3.10 AZN-ə satılır. 2 AZN-ə təklif edilən “LD” siqaretləri isə 2,40 AZN-ə qalxıb.Digər siqaretlərin qiymətlərində təxminən 30-40 qəpik arasında bahalaşma müşahidə edilir.
Mağaza sahiblərinin sözlərinə gprə, gələn həftədən etibarən siqaretlərin qiymətləri kütləvi olaraq bahalaşacaq.
Onu da qeyd edək ki, bəzi mağazalarda siqaretlər köhnə qiymətlərlə satılır.
Вернуться назад