Главная > Cəmiyyət > Qubaya qar yağdı FOTO

Qubaya qar yağdı FOTO


1-11-2019, 13:52. Разместил: azadses
Azərbaycanın Şimal bölgəsi ağ örpəyə bürünüb.Azadses.az İstiPress-ə istinadən xəbər verirki,bu gecə adıçkilən əraziyaə qar yağıb. Qar yağıntısı Qubanın Xınalıq və Qrız kəndlərində müşahidə edilib.
Yerli sakinlərin sözlərinə görə, qar yağışı hələ də davam edir. Havanın temperaturu da aşağı düşüb. Bir neçə gün öncə əsl yaz havasının müşahidə edildiyi bölgədə bu gecə temperatur -1 dərəcə olub. 
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq etmişdi. Bakıda və Abşeron yarımadasında
uzun müddət davam edən anomal isti hava şəraitindən sonra oktyabrın 31-dən noyabrın 4-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağışın intensivləşəcəyi ehtimalı var. Oktyabrın 31-i və noyabrın 2-də güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında noyabrın 3-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında yağışın  intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Вернуться назад