Главная > Cəmiyyət > Deputat Baş Nazirə karantin rejimi ilə bağlı müraciət etdi
Deputat Baş Nazirə karantin rejimi ilə bağlı müraciət etdi16-12-2020, 08:47. Разместил: azadses |
![]() ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə deputat özü məlumat verib. O bildirib ki, əvvəlki aylarda pandemiyaya qarşı mübarizədə də qeyri-hökumət təşkilatları ictimai nəzarətin gücləndirilməsi ilə bağlı layihələr icra etmişdilər: “Bununla belə, karantin dövründə kütləvi informasiya vasitələrinin fəaliyyətinin davam etdirilməsi məqsədəuyğun hesab olunsa da, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə sərt karantin müddətində icazə verilməmişdi. Maarifləndirmə, ictimai nəzarət, vətəndaşlar arasında təbliğatın aparılmasında iştirak edən qeyri-hökumət təşkilatlarının pandemiyanın təsirlərinin minimumlaşdırılmasında fəaliyyəti əhəmiyyətini nəzərə alaraq qeyri-hökumət təşkilatlarının (ictimai təşkilatların) Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısına əlavə olunması məqsədə uyğun olardı. Ümid edirəm ki, qeyri-hökumət təşkilatları da, sərt karantin müddətində fəaliyyətlərini davam etdirmək imkanı əldə edəcəklər”. Вернуться назад |