Главная > Cəmiyyət > İş saatlarında dəyişiklik edildi

İş saatlarında dəyişiklik edildi


14-12-2020, 14:06. Разместил: azadses
Xəbər verdiyimiz kimi, dekabrın 14-dən yanvarın 18-dək Azərbaycanda sərt karantin rejimi tətbiq ediləcək.

''Azad Səs'' xəbər verir ki, sərt karantin rejimini nəzərə alaraq "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin iş saatlarında dəyişiklik edilib.

Müvafiq dəyişikliyə əsasən 14 dekabr tarixindən 30 dekabr tarixinədək Bakı şəhərində yerləşən bütün "ASAN xidmət" və  "ASAN Kommunal", həmçinin Sumqayıt və Gəncə regional "ASAN xidmət" mərkəzləri saat 18.00-dək, digər regional mərkəzlər isə 17:00-dək fəaliyyət göstərəcək.

Həmçinin xatırladaq ki, koronavirusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində 12-13, 19-20, 26-27 dekabr tarixlərində bütün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Вернуться назад