Главная > Cəmiyyət > Məktəblərdə şagirdləri avtobuslar daşıyacaq

Məktəblərdə şagirdləri avtobuslar daşıyacaq


27-01-2020, 11:44. Разместил: azadses
Bu iş şagird sayı çox olan ərazilərdəki məktəblərdən başlayacaq
"Düşünürəm ki, birgə səylərimiz sayəsində 2020-ci yeni tədris ilinin başlanmasına qədər Bakı şəhərində şagird sayı çox olan ərazilərdəki məktəblər üçün avtobusların təşkil edilməsinə nail olacağıq".
Bunu Təhsil naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, valideynlərlə keçirilən görüşlərdə müzakirə edilən məsələlərdən biri də məktəblilər üçün avtobusların təşkil edilməsi ilə bağlı olub.
Onun sözlərinə görə, bu istiqamətdə Bakı Şəhər Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlıq edilməyə başlanılıb. Bu işlər növbəti aylarda da davam etdiriləcək.
"Təbii ki, bu, birinci mərhələdə bütün məktəbləri əhatə etməyəcək. Ancaq hesab edirik ki, bu, çox faydalı başlanğıc ola bilər".




Вернуться назад