Главная > Cəmiyyət > Bakıda aptekdə qadağan olunmuş dərmanlar satan şəxslər saxlanılıblar

Bakıda aptekdə qadağan olunmuş dərmanlar satan şəxslər saxlanılıblar


23-01-2020, 15:35. Разместил: azadses
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dövriyyəsi qanunla qadağan olunan psixotrop tərkibli dərmanların satışı ilə məşğul olan şəxslər saxlanılıblar. Baş İdarənin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki apteklərin birində, əczaçı işləyən Abşeron rayon sakini Mahir Salmanov və Bakı şəhər sakini Vüsalə Məmmədova 9 ədəd “Tramadol” və 5 ədəd “Prebagalin” həblərini satarkən saxlanılıblar.
Aptekə baxış zamanı satışına məhdudiyyət qoyulmuş 2380 ədəd “Tramadol”, 667 ədəd “Pregabalin”, 659 ədəd “T-doll”, 246 ədəd “Contramal”, 10 ədəd “Tamol XX”, 58 ədəd “Royal”, 70 ədəd “Lyrica” və 126 ədəd “Regapen” aşkar edilərərk götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Вернуться назад