azadses.az » Cəmiyyət » Şəhidin bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR: Cəmi 1 gün sonra... - FOTO

Şəhidin bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR: Cəmi 1 gün sonra... - FOTO

Vüsal qollarını hər iki məktəbli uşağının boyununa dolamışdı. Sonra aşağı əyilib onların saçlarını sığalladı: “Darıxmayın! Güclü Ali Baş Komandanımız və ordumuz var. Qələbə bizim olacaq və siz digər hərbiçi övladları kimi qələbədən sonra hər zaman atanızla fəxr edəcəksiniz”. O, ayağa durdu və onu nəzərləri ilə yola salan həyat yoldaşına gülümsəyərək “Qarabağ Azərbaycandır!” dedi.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Şuşanın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş şəhid Vüsal Məhərrəmovun bacısı Gülşad Abbasova qeyd edib.
O, qardaşı ilə bağlı qələmə aldığı cümlələrdə deyir:
"29 Sentyabr 2020-ci il… Minlərlə gəncimiz kimi Məhərrəmov Vüsal Aslan oğlu İkinci Qarabağ Savaşına qoşulanlardan idi. 1979-cu ildə il Masallı rayon Hiskədərə kəndində doğulan Vüsal hələ 1997-2001-ci illərdə Gəncədə Kənd Təsərrüfatı Akademiyasında təhsil alan zaman Murovdağı yüksəkliyi istiqamətinə baxaraq tələbə yoldaşlarına zaman gələcək biz Kəlbəcərə qayıdacağıq deyirmiş. Vüsalın ürəyində hər zaman vətən-torpaq sevgisi var idi. 2003-cü ildə zabit kimi Naxçıvanda hərbi xidmətdə olan zaman hərbi sirrləri daha dərindən öyrənən Vüsal canından çox sevdiyi vətən uğrundan döyüşlərdə iştirak etmək hissi ilə yaşayırdı.
15 il əvvəl kiçik dünyasını yaratdı Vüsal. Gənc ailəsində vətənə 2 əsgər böyüyür. Özü isə Böyük Azərbaycan üçün yaşayarıdı, bütün varlığı ilə ölkə üçün çalışırdı…
“Şuşa şəhərini azad edəcəyik. Birlikdə Qarabağın incisini ziyarət edərik”...
- Vüsal övladların saçlarını bir daha sığalladı. Və getdi… Canını qurban verəcəyi haqq şavası üçün getdi…
7 Noyabr 2020-ci il tarixində - Şuşa şəhərinin işğaldan azad olunmasından bir gün əvvəl… Ölkəmizin ürəyi Şuşa ilə döyünürdü. Məhz qürur şəhərimizin azad olunmasından bir gün əvvəl ürəyi ilə yanaşı canı ilə Şuşanın azad olması uğrunda vuruşan Vüsal şiddətli döyüşlərdə qəhrəmancasına gözlərini əbədi yumdu. Cəmi 1 gün sonra onun ruhu artıq işğaldan azad olmuş Şuşa şəhərində idi…
İllər keçəcək, 29 oktyabr 2020-ci il atalarını son dəfə qucaqlayan 2 gənc güclü və bütöv Azərbaycanın inkişafı naminə məhz Şuşa şəhərində öz hərbi andlarnı içəcəklər.
“Salamat qalın” - ailəsi ilə vidalaşan Vüsal “Ən böyük arzum Şuşanın azad görməkdir”, dedi və evinin qapısını bağladı, getdi döyüş şücaəti ilə… O, minlərlə vətəndaşımızın 30 il ayrı qaldığı yurdlarına geri dönməsi üçün onların evlərinin qapısının açılması naminə canını fəda verənlərdən oldu.
Bu qələbəni bizə yaşadanlardan olduğun üçün sənin ruhun qarşında baş əyirik, Vüsal! Yerin cənnətlik olsun. Əmin ol ki, hər zaman xalqımızın qəlbində yaşayacaqsan!"

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib