azadses.az » Cəmiyyət » Mərkəzi Bank çek ilə ödəniş sisteminin qurulması işlərinə start verib

Mərkəzi Bank çek ilə ödəniş sisteminin qurulması işlərinə start verib

“Çeklərlə hesablaşma modelinin tətbiqi ilə təsərrüfat subyektlərinin hesabında vəsait olmasa belə, gələcək tarixə ödəniş öhdəliyi götürməklə mal və ya xidmət ala bilərlər. Modelin ölkəmizdə tətbiqi məqsədilə Türkiyə təcrübəsi tərəfimizdən yaxından araşdırılıb”. 
Mərkəzi Bankdan Oxu.Az-a verilən açıqlamada çek (qəbz) ilə ödəniş sisteminin Mərkəzi Bank tərəfindən tənzimlənməsi prosesi və sistemin tətbiqi haqda məlumat verilib. 
Bildirilib ki, çekin özünəməxsus xüsusiyyətləri ilə fərqlənən Türkiyə modelində çeklə ticarətin maliyyələşdirilməsi aləti kimi aktiv istifadə edilir. Bununla da təsərrüfat subyektləri mal və xidmətlərin alışı zamanı hesabında vəsait olmasa belə, gələcək tarixə ödəniş öhdəliyi götürməklə mal və ya xidmət ala bilərlər. Bu isə birbaşa iqtisadi aktivliyi dəstəkləməklə yanaşı, dövriyyələrdə nağd puldan istifadə zəruriliyini azaldır. İstifadəsinin asanlığı bu aləti həm alıcı, həm də satıcı iqtisadi subyekt üçün maraqlı edir.
Əlavə edilib ki, anoloji təcrübənin ölkəyə gətirilməsi istiqamətində aktiv iş aparılır. Bu mexanizmin ölkəmizdə tətbiqi biznes hesablaşmalarının şəffaflaşmasına, ticarət dövriyyəsinin artmasına, ticarət əməliyyatlarının aparılmasında tərəfdaşların günlük likvidlik zərurətinin azalmasına, sahibkarlar tərəfindən gələcək valyutalaşma tarixində ödənişlərin həyata keçirilməsi, çeki təminat qismində təqdim etməklə bankdan əlavə resurs cəlb edilməsi imkanının yaranmasına, həmçinin ölkədə nağd pul dövriyyəsinin azalmasına şərait yaradacaq.
Qeyd edilib ki, hazırda Mərkəzi Bank tərəfindən elektron çek infrastrukturun qurulması layihəsinə start verilib. Layihənin ən müasir texnologiya və funksional imkanlara malik platformada qurulması nəzərdə tutulub. Eyni zamanda, elektron çeklərlə hesablaşmalarda münasibətləri tənzimləmək məqsədilə müvafiq hüquqi bazanın yaradılması istiqamətində də işlər aparılmaqdadır. Layihə reallaşdıqca gedişi barədə ətraflı məlumat veriləcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib