“Azərpoçt” bu rejimdə fəaliyyət göstərəcək
- 7-11-2020, 15:36
- Cəmiyyət
“Azərpoçt” MMC-nin poçt şöbələrində 9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar növbəli iş rejimi təşkil ediləcək.
''Azad Səs'' xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumdan verilən məlumata əsasən, 9 noyabrda Bakı şəhərində yerləşən poçt filialları və poçt şöbələri, eləcə də, regionlardakı müştəri xidmətləri şöbələri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək.
Bakı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən “Şəbəkə” xidmət mərkəzləri 09:00-dan 17:00-dək, paytaxtın Üzeyir Hacıbəyli-72 ünvanındakı 1 saylı “Şəbəkə” Xidmət Mərkəzi isə 09:00-dan 18:00-dək vətəndaşların xidmətində olacaq.