azadses.az » Cəmiyyət » Mirsamir Məmmədov: "Mövcud dünya birliyi‚ beynəlxalq təşkilatlar erməni terrorlarına göz yummaqla cinayətkara şərait yaradırlar"

Mirsamir Məmmədov: "Mövcud dünya birliyi‚ beynəlxalq təşkilatlar erməni terrorlarına göz yummaqla cinayətkara şərait yaradırlar"

Ermənilərin daha da azğınlaşmasının‚ mülki ərazilərimizə raket zərbələri endirməsinin səbəbi onların qanlı cinayətlərinə dünya birliyinin susması və bilavasitə ermənistana edilən hərbi və hümanitar yardımlardır..  Bunu mətbuata açıqlamasında‚ erməni silahlı qüvvələrinin Bərdə‚ Gəncə və digər şəhərlərə ballistik raket atmasından danışarkən‚ siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov bildirib ki‚ ermənilər hərb meydanındakı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün mülki əraziləri intensiv olaraq atəşə tutaraq xeyli mülki vətəndaşı şəhid ediblər. Erməni canilərinin döyüş meydanından kənar olan mülki əraziləri və mülki sakinləri hədəf alıb ballistik raketlər ataraq kütləvi insan öldürmələri terror aktıdır və beynəlxalq qanunlarla ən ağır cinayətdir. Ermənilər bu terrot aktlarını törətməklə Azərbaycan xalqına qarşı soyqırım siyasəti yeridirlər. Ən son olaraq da Gəncə və Bərdəyə atılan ballistik raketlər nəticəsində kütləvi insan tələfatı və kütləvi dağıntılar oldu. Bu‚ birbaşa müharibəyə aidiyyatı olmayan mülki insanlara‚ dinc və əliyalın sakinlərə qarşı ağır terror aktıdır. 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasına görə müharibədə mülki sakinlərə‚ dinc insanlara güllə atmaq‚ atəş açmaq qəti qadağandır və bu hal ağır beynəlxalq cinayətdir. Gəncə‚ Bərdə və digər ərazilərimizə atılan raketlər və mülki sakinlərə ağır artilleriya qurğularından atəş açılması ermənistanın terrorçu dövlət olmasının göstəricisidir. Bu raket hücumları bir daha təsdiq edir ki‚ ermənistan terrorçu dövlətdir və heçbir beynəlxalq hüquqa‚ hümanitar normalara‚ fundamental hərbi siyasi qanunlara və prinsiplərə qətiyyən məhəl qoymur və ermənistan heçbir qanunu tanımır‚ ermənistan üçün heçbir hüquqi norma və qanun konsepsiyası yoxdur və bütün bu dəyərlər ermənistan üçün heçbir əhəmiyyət kəsb etmir. Ermənistan terroru dövlət siyasəti etmiş bir ölkədir və bütün addımları cinayətdir. Təbii ki‚ Bərdəyə  Gəncəyə və bir başqa ərazilərimizə ballistik raketlər atılmasının‚ mülki insanların öldürülməsinin məsuliyyəti ermənistan rəhbərliyinin üzərindədir və ermənistanın hərbi siyasi rəhbərliyi beynəlxalq hüquq qarşısında cavab verməlidir. Amma göründüyü kimi‚ beynəlxalq birlik nəinki ermənistanı cəzalandırmır‚ əksinə hələ terorçu ölkəyə silah sursat və digər bütün hərbi döyüş texnikaları ilə təmin edirlər. Bir çox ölkələr‚ Rusiya‚ İran‚ Fransa və bir neçə ölkə ermənistana silah və sursatla yardım edirlər. Bu səbəbdən ermənistanın törətdiyi hərbi cinayətlərdə və terror aktlarında həmin qüvvələr də günahkardır və onların da bu terror aktlarında əlləri var. Dünya birliyi‚ beynəlxalq təşkilatlar‚ ermənistanın törətdiyi cinayətlərə göz yummaqla bu cinayətlərə ortaq olmuş olurlar. Beynəlxalq birlik də erməni vandalizminə və erməni terroruna göz yummaqla ermənilər qədər günahlardır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar