azadses.az » Cəmiyyət » Kəmaləddin Heydərov: “Sahibkarlara sığorta mədəniyyətini mənimsətdirsək, gələcəkdə belə problemlər az olar" - VİDEO

Kəmaləddin Heydərov: “Sahibkarlara sığorta mədəniyyətini mənimsətdirsək, gələcəkdə belə problemlər az olar" - VİDEO


Son günlər ticarət mərkəzləri və bazarlarda baş verən yanğın hadisələri mülk və obyektlərin sığortalanması məsələsini yenidən gündəmə gətirib. Xüsusən ticarət obyektlərində yanğın nəticəsində mülkləri yanan sahibkarlar, mağaza sahibləri dəymiş ziyana görə müxtəlif instansiyalara üz tutur, dövlətdən kompensasiya istəyirlər. Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da son vaxtlar aktuallaşan obyekt və mülklərin sığortalanması məsələsinə toxunub.
Nazir FHN-in yaradılmasının 14 illiyi münasibətilə keçirilən tədbirdə bildirib ki, təkcə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti deyil, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, digər nəzarət qurumları müvafiq orqanlarla birgə sığorta məsələlərinə çox böyük diqqət yetirməlidir.
Fövqəladə Hallar naziri deyib ki, dünyanın heç bir ölkəsində təbii, yaxud texniki səbəblərdən baş verən fəlakətlərdə əhalinin əmlakına dəyən zərəri dövlətin ödəməsi halı yoxdur: “Dəfələrlə ölkəmizdə sel, zəlzələlər, o cümlədən bəzi ticarət obyektlərinin yanması zamanı zərər çəkmiş vətəndaşlara möhtərəm Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun humanist addımları nəticəsində kompensasiyalar ödənilib, onlar üçün evlər tikilib. Amma bu, başqa dövlətlərdə yoxdur. Azərbaycan dövlətinin qanunvericiliyində də bu məsələlər əksini tapıb. Yəni hər bir fərd özünü, öz həyatını sığortalayır, yaşamaq üçün ev, ticarət mərkəzləri tikir, hər bir şeyi gözəl bəzəyir. Amma insanlar sığorta məsələsinə diqqətsiz yanaşırlar. Haqsız olaraq da dövlətdən kompensasiya istəyirlər. Qanunvericilikdə hər bir məsələ əksini tapıb. İdxal olunan, daxildə istehsal edilən, ticarət mərkəzlərində satışa çıxarılan mallar, əmlaklar necə sığortalanır, bütün bunlar qanunlarda əksini tapıb. Məcburi sığorta ilə bağlı qanunlarımız var. Ona görə də bu sahədə Fövqəladə Hallar Nazirliyinin və bilavasitə bu işlərlə məşğul olan digər dövlət qurumlarının fəaliyyəti artmalıdır”.
Fövqəladə Hallar naziri əsas məsələnin insan təhlükəsizliyi olduğunu vurğulayıb: “Birincisi insan təhlükəsizliyidir. Bizim cəsur yanğınsöndürənlərimizin apardığı aktiv işlərin nəticəsində çox şükürlər olsun ki, insan həyatına təhlükə yaranmayıb, insanları xilas ediblər. Ancaq yanğında insanların mülklərinə, əşyalara zərər dəyib. Əgər sığorta mədəniyyətini həm orta, həm xırda sahibkarlarımıza mənimsətdirsək, gələcəkdə belə problem, ümumiyyətlə, olmamalıdır, olsa da, sayı az olmalıdır. Heç kim heç bir şeydən sığortalanmayıb. Heç kim də təminat verə bilməz ki, istismara qəbul edilmiş hər hansı ticarət obyektində, yaxud evdə bu və ya digər səbəbdən hadisə baş verməyəcək. Ona görə də əhali, iş adamları özləri də diqqətli olmalıdır. Bəzən biçilməmiş taxıl əraziləri yandırılır. Nədən olur bu? Biçilmiş ərazilər yandırılır, sonra da yanğın biçilməmiş ərazilərə keçir. Bu, həm il ərzində çəkilmiş zəhməti yerə vurur, eyni zamanda oradan keçən infrastruktur qurğularına da zərər dəyir. Gələcəkdə biz gərək bu məsələləri daha çox maarifləndirmə, nəzarətin gücləndirilməsi və digər formalarda əhalimizə çatdıraq. Gərək nəzarət qurumlarımız, həm bizim nazirliyimiz, həm də bilavasitə bu işlərlə məşğul olan digər qurumlar tərəfindən bu məsələlər tam şəkildə aydınlaşdırılsın, əhali maarifləndirilsin. Görürsünüz ki, digər ölkələrdə aylarla söndürülə bilinməyən meşə yanğınları, dağlıq ərazilərdə yanğınlar olur. Yanğınsöndürənlərin, bizim də yadındadır ki, bəzi yerləri qəsdən yandırırlar. Meşələrdə ağacları kəsib, izi itirmək üçün belə əməllərə əl atırlar. Bu da cəmiyyətdə müxtəlif söz-söhbətlərə səbəb olur. Niyə yandı, necə yandı? Hər halda mətbuat orqanlarının da diqqətinə çatdırmaq istərdim ki, bu və ya digər hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi, yaxud digər hüquq-mühafizə orqanları tərəfindən rəy verilmədikcə öz bildiklərini, öz düşündüklərini kimə necə lazımdırsa, öz kanallarında, saytlarında yazarkən bir az diqqətli olsunlar”.

APA
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu