azadses.az » Cəmiyyət » Aslan İsmayılov şirkətlə bağlı sensasion faktları açıqladı

Aslan İsmayılov şirkətlə bağlı sensasion faktları açıqladı

“Dünyanın müxtəlif bölgələrindən olan dələduzlar hər il cürbəcür yollarla azərbaycanlılardan milyonlarla pul alırlar. Tək mənə müraciət edənlərin itirdikləri pulları hesablasaq, bu, milyonlarla dollar edir. Özü də bu dələduzluq əməllərinin qurbanları həmişə tamahkarlar olur. Bəzilərinə elan gəlir ki, onun ABŞ, Kanada və yaxud digər ölkədə qohumları olub və malik olduqları milyonları ona vəsiyyət ediblər. İlkin olaraq başlayırlar ki, bu milyonları həmin şəxsin adına keçirmək üçün 100$ hansısa hesaba keçirmək lazımdır. Bundan sonra cürbəcür bəhanələrlə minlərlə dollar pul köçürülür. Özü də bu üsullar nə qədər bəsit olsa da, elə yazılarından növbəti qurbanların şəxsiyyətinə uyğun olaraq bəhanələr uydurulur. Son dövrlər insanlar onlarla guya fantastik gəlir gətirən firmalara üzv olub milyonlar qazanmaq şansının olduğunu bildirib”.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.
 
A.İsmayılov bildirib ki, axır vaxtlar belə qəbildən “KROV1” şirkəti peyda olub: “Bunların adları və fəaliyyətləri cürbəcür olsa da, niyyətləri Bakıda illər əvvəl insanları müflis etmiş MUNCUQ əməliyyatının oxşarıdır. Ən dəhşətlisi də odur ki, bu dələduzluğun qurbanı əsasən çox da varlı olmayan şəxslərdir və bir çoxları əmlaklarını girov qoyub borca pul götürüb bədbəxt olurlar. Buradan bir daha vətəndaşlarımıza müraciət edirəm, belə fırıldaqlara inanmayın, asan qazanc dalınca qaçıb özünüzü bədbəxt etməyin. Əmin olmadığınız, yoxlamadığınız, biznesi idarə edən şəxsləri fiziki görmədiyiniz halda heç bir iş qurmağa çalışmayın.Burada uzun illər əvvəl olmuş bir hadisəni də Sizinlə bölüşüm. Yaxın bir qohumum 90-cı illər evimizə gəlib mənə pul qazandırmaq yolunu anlatmaq istədi. Danışıqdan anladım ki, söhbət “Vahidbank” adlı bir müəssisədən gedir. O vaxtlar bu bank fəaliyyətinə təzəcə başladığından tanınmırdı və qohum 3 ay dalbadal qoyduğu pula hər ay 20% gəlir götürmüşdü. Nəyin necə olduğunu bilməsəm də, qohuma təcili pulunu götürməyi təklif etdim. Qohum məni fərsizlikdə ittiham edib idarə etdiyi Zaporojets maşınını da satıb banka qoydu və az sonra müflis oldu. Həmin illər hətta yaşadıqları evlərini də itirən çoxlu sayda insanlar oldu. Bundan sonra onlarla belə hallar olsa da insanlarımız yenə da tamahlarının qurbanları olurlar”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Çaylarda sululuq artdı
  2. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  3. Şirvanda 6 aylıq körpə ölü doğulub
  4. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  5. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  6. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  7. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  8. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  9. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  10. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib