azadses.az » Cəmiyyət » Yarım milyonluq “BakuBus”lar niyə yanır?

Yarım milyonluq “BakuBus”lar niyə yanır?

Bakıda marşrut xəttində hərəkətdə olarkən yeni avtobusun yanması faktı ciddi araşdırılmalıdır.
''Azad Səs'' BAKU.WS-ə istinadən xəbər verir ki, bunu Trend-ə açıqlamasında nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, bunun üçün Bakı Nəqliyyat Agentliyində (BNA) hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradılmalı, yanğının səbəbləri araşdırılmalıdır:
"Bu, adi hadisə deyil. Yanan avtobusun biri Azərbaycana 500 min manata başa gəlib. Yarım milyon manat qyməti olan həmin avtobusun həm istismar qaydaları, həm də dövrü texniki qulluq təlimatı var - Dövrü texniki qulluq, cari texniki qulluq, texnika ilə davranış, avtobusdan istifadə vaxtı hansı problem yarana bilər, bu zaman problemin qarşısını necə almaq olar və sair.
Bütün bu təlimatlar var və həmin təlimatlara da əməl olunmalıdır. Avtobusu istismar edən "BakuBus" MMC, avtobusa cavabdeh olan şəxs bu təlimatların bütün detallarına ciddi riayət etməlidir.
Əgər avtobusa təlimata uyğun qulluq olunubsa, vaxtında texniki baxış, texniki müayinə, detallara qulluq olunubsa, bu halda avtobusun zavod nöqsanını da aşkarlamaq olar.
Əgər avtobusa təlimatlara uyğun qulluq olunmayıbsa, zavod qüsuru olsa belə həmin zavod zəmanətdən imtina edə bilər. Buna görə də məsələ ciddi araşdırılmalı, əsl səbəbləri müəyyən edilməlidir".
BNA-nın Mətbuat katibi Mais Ağayev isə Trend-ə açıqlamasında bildirib ki, məsələ ilə bağlı xüsusi komissiya yaradılıb və hazırda hadisənin səbəbləri araşdırılır:
"Bunun üçün komissiyaya xüsusi mütəxəssislər də dəvət olunub. Araşdırmalardan sonra nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".
Xatırladaq ki, son günlərdə Bakıda sərnişin daşıyan "BakuBus" MMC-yə məxsus iki yeni və müasir avtobus qeyri-müəyyən səbəbdən yanıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu