azadses.az » Cəmiyyət » “Tədrisin bərpasında rayon və şəhərlər üzrə ayrı-ayrı qərarlar verilə bilər”

“Tədrisin bərpasında rayon və şəhərlər üzrə ayrı-ayrı qərarlar verilə bilər”

Təxminən bir aya yaxındır ki, Azərbaycanda da koronavirusa yoluxanların statistikasında azalma müşahidə olunur. Bu isə öz növbəsində təhsil müəssisələrinin fəaliyyətinin müəyyən çərçivədə bərpasına şərait yaradır. 
"Qafqazinfo" xəbər verir ki, mövzu ilə bağlı mediaya danışan millət vəkili Malik Həsənov qeyd edib ki, orta və ali məktəblərdə tədrisin nə vaxt başlayacağının hazırda ən ciddi müzakirə mövzusu olması başadüşüləndir:
“Təhsil hər bir şagirdin həyatında mühüm amil olmaqla, ümumilikdə ölkənin gələcəyidir və bütün dövlətlər çalışır ki, pandemiya riskləri nəzərə alınmaqla, tədrisin bərpasını təmin etsin. Artıq qardaş ölkə Türkiyədə 21 sentyabrdan məktəblərdə tədrisin başlanması qərarı verilib. Azərbaycan Təhsil Nazirliyi də uzun müddətdir tədrisin bərpası istiqamətində işlər aparır, ictimaiyyətdən təkliflər qəbul edir, müzakirələr gedir”.
M.Həsənovun sözlərinə görə, hazırda ölkədə koronavirus pandemiyasının nəzarət altına alındığını deyə bilərik:
“Azərbaycan koronavirus pandemiyasına qarşı ən uğurlu mübarizə aparan ölkələr sırasındadır. Hələ pandemiyanın ilk günlərindən ölkəmizdə bununla bağlı böyük işlər görülüb, şəxsən Prezident İlham Əliyevin göstərişləri ilə çarpayı yerinin artırılması üçün modul tipli xəstəxanaların tikilməsi, Qafqazda ən müasir xəstəxanalardan olan “Yeni klinika”nın qısa müddətdə istifadəyə verilməsi və koronavirus xəstələri üçün ayrılmasından tutmuş, bu xəstəliyə qarşı dünya ölkələrində tətbiq edilən müalicə üsullarının tətbiqinə qədər, ciddi addımlar atıldı.
Karantin rejiminin tətbiqi, aztəminatlı ailələrə aylıq minimal xərclərini qarşılamaq üçün ödənişlərin verilməsi, sahibkarlıq fəaliyyətinə güzəştlər, özəl sahələrdə iş yerlərinin ixtisar edilməməsi naminə işçilərin maaşlarının ödənilməsinin dövlət tərəfindən həyata keçirilməsi, karantində qalan insanlara 4-5 uduzlu otellərin ayrılması və s. saymaqla bitməyən tədbirlər sayəsində hazırda əldə edilən nəticələr çox ürəkaçandır. Bütün bunlar isə məktəblərdə tədrisin başlanması üçün ciddi zəmin yaradır”.
Millət vəkili qeyd edib ki, bu məqamda həddindən artıq diqqətli olmaq Operativ Qərargahın və Təhsil Nazirliyinin prioritetinə çevrilib:
“Bütün informasiyaların, son tədqiqatların nəticələrinin, ÜST-nin araşdırmalarının əlbəttə ki, son dərəcə diqqətlə təhlil olunduğuna ictimaiyyət qətiyyən şübhə etməməlidir. Bilirsiniz ki, orta və ali məktəblərdə ümumilikdə milyonun üstündə şagird-tələbə təhsil alır, bir çox məktəbdə siniflərdə sıxlıq mövcuddur, şagird sayı 30-un üstündədir. Bütün bunlar isə ciddi risk yaradır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, ÜST və dünyanın bir çox tibb üzrə araşdırma mərkəzləri payızda xəstəliklərin artacağını, bunun isə ümumilikdə insanların ümmun sistemini zəiflədəcəyini və beləliklə, koronavirusa yoluxma riskini artıracağını bildirirlər. Buna görə də verilən qərarlar maksimum incələnməlidir”.
Millət vəkili qeyd edib ki, bir müddət öncə təkliflərini səsləndirmişdi:
“Təhsil ekspertlərinin və ictimaiyyətin təkliflərini diqqətlə izləyirik və təklif etmişdim ki, ibtidai və 11-ci siniflərin yarımqruplara bölünərək, həftədə 3 dəfə olmaqla, təhsilini məktəbdə davam etdirməsi, 5-10-cu siniflərin isə onlayn tədrisi davam etdirməsini Təhsil Nazirliyi nəzərdən keçirə bilər. Koronavirusa günlük yoluxmanın nəzarətdə olduğunu diqqətə alsaq, mümkün olduqca məktəblərdə tədrisin bərpası daha yaxşı olar – xüsusilə internet imkanları o qədər də geniş olmayan rayon və şəhərlərdə, kənd məktəblərində. Yəni hesab edirəm ki, tədrisin bərpasında koronavirusun rayonlar üzrə statistikasına uyğun da addım atmaq olar, rayonlar və şəhərlər üzrə ayrı-ayrı qərarlar verilə bilər. Bütün hallarda tədrisin başlanması olduqca vacibdir və hesab edirəm ki, məktəblilər ən yaxın müddətdə ekspertlərin, Təhsil Nazirliyinin və əlbəttə, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün riskləri nəzərə alaraq, tədrisi hansısa formada bərpa etmək yönündə qərarı ilə sevinəcəklər”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
  2. Bakıda 68 yaşlı qadını avtomobil vurub
  3. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  4. Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb
  5. Bakıda yol qəzasında 6 və 8 yaşlı qardaşlar xəsarət alıblar
  6. Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb
  7. Tanzaniyada ağır yol qəzasında 4 nəfər ölüb, 16 nəfər yaralanıb
  8. Bakıda yolu keçən 33 yaşlı kişini avtomobil vurub
  9. Bakıda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb
  10. Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə Ətraflı
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu