azadses.az » Cəmiyyət » Pirallahı Sənaye Parkının ərazisi genişləndirilə bilər

Pirallahı Sənaye Parkının ərazisi genişləndirilə bilər

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Pirallalı Sənaye Parkının ərazisi artıq tam şəkildə rezidentlərlə dolub, odur ki, Parkın ərazisinin genişləndirilməsi məsələsinə baxıla bilər.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

"Ölkə prezidentinin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə 30 hektar ərazidə yaradılmış, əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkı sahibkarlıq fəaliyyəti üçün zəruri infrastrukturla təchiz edilib, rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi, emal müəssisələrinin yaradılması üçün bütün imkanlara malikdir. Burada layihələrinin investisiya dəyəri 120 milyondan manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik verilib. Sahibkarlar Parka 45 milyon manatdan çox investisiya yatırıb, 160-a yaxın daimi iş yeri yaradıb, indiyə qədər 64,5 milyon manatlıq məhsul istehsal edib", - deyə o qeyd edib.

Nazir müavini vurğulayıb ki, Pirallahı Sənaye Parkında qeydiyyatdan keçmiş rezidentlərin tam gücü ilə fəaliyyətə başlaması əczaçılıq sənayesinin inkişafını, dərman vasitələri və tibbi ləvazimatlara tələbatın yerli istehsal hesabına ödənilməsini stimullaşdıracaq: “Sevindirici haldır ki, Parkdakı bir sıra müəssisələr fəaliyyətə başlayıb. Parkın rezidenti olan “Diamed Co" MMC müasir texnologiyalar əsasında birdəfəlik şprislər istehsal edir. Digər rezident “R-Pharm” MMC müxtəlif dərman vasitələrinin qablaşdırılmasını həyata keçirir. Hazırda Parkda Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri A.Ş.” şirkəti ilə birgə beynəlxalq keyfiyyət standartlarına və Azərbaycanın milli əczaçılıq təhlükəsizliyi prioritetlərinə uyğun yeni əczaçılıq zavodu tikilir. Zavodda müxtəlif doza və qablaşdırmada dərman məhsulları istehsal olunacaq”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  2. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  3. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
  4. Bəzi çaylarda sululuq artıb
  5. Göyçayda kişi alça ağacından yıxılaraq ölüb
  6. Xırdalanda yanğınla nəticələnən yol qəzası baş verib
  7. Bakıda 4 otaqlı ev tamamilə yanıb
  8. Ötən gün vətəndaşların bank kartlarından 13 min 500 manat kiber üsulla oğurlanıb
  9. Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı apreldə 29 % artıb
  10. Ötən gün vətəndaşların bank kartlarından 13 min manatdan çox pul kiber üsulla oğurlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı təşkil edəcək
Bu gün DİM qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı təşkil edəcək
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı təşkil Ətraflı
Bu gün DİM ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək
Bu gün DİM ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək
Bu gün Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək. Bu barədə “Report”a Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib