Bütün sosial xidmət növlərində subyektlər arasında müqavilə bağlanacaq
- Bu gün, 14:00
- Cəmiyyət
Bütün sosial xidmət növlərində subyektlər arasında müqavilə bağlanacaq.
“Report” xəbər verir ki, bununla bağlı “Sosial xidmət haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib.
Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, hazırkı redaksiyada yalnız ödənişli sosial xidmət göstərilərkən subyektlər arasında müqavilə bağlanması nəzərdə tutulub.
Təklif olunan dəyişiklik isə həmçinin dövlət büdcəsinin vəsaiti hesabına göstərilən ödənişsiz sosial xidmətlər zamanı da subyektlər arasında müqavilə bağlanmasını nəzərdə tutulur.
Təklif olunan dəyişiklik layihəsi plenar iclasa tövsiyə olunub.