azadses.az » Cəmiyyət » BANM-in tələbələri qlobal yarışmanın milli finalçıları oldu - Foto

BANM-in tələbələri qlobal yarışmanın milli finalçıları oldu - Foto

Bakı Ali Neft Məktəbinin tələbələri qlobal “ClimateLaunchPad” yarışmasının milli finalçıları olub. 
“Qafqazinfo” xəbər verir ki, Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələrinin (Aytən Sədirova, Ağamirzə Fətəliyev, Gülay Əkbərova, Fazil Məmmədli) “Escanergy" layihəsi 10 yerli layihə arasından 2-ci yerə layiq görülüb. Bununla da onlar  yarışmanın beynəlxalq Finalında  iştirak hüququ qazanıblar.
“Escanergy” layihəsi eskalatorlarda istifadə olunan enerjinin azaldılmasını təmin edir. Cihaz 3 çarxdan ibarət sistemdir və 2 paralel yerləşmiş və əks istiqamətlərdə hərəkət edən eskalatorları birləşdirir. Cihazın iş prinsipi tərpənməz blok sisteminə əsaslanır və eskalatorların birindəki sərnişin kütləsindən alınan enerji hesabına digər eskalatoru hərəkətə gətirir.
Dünyanın ən böyük “Cleantech” təmiz texnologiya akselerasiyası olan “ClimateLaunchpad” proqramı 50-dən çox  ölkədə fəaliyyət göstərir və bu il yarışmada 2 000-dən çox startapçı iştirak edir. Proqram özünün öyrədici strukturuna və əhatəsinin genişliyinə görə startaplara və ideya müəlliflərinə yeni imkanlar açır.
Avropa Birliyinin maliyyə vəsaiti ilə Avropa Birliyi İnnovasiya və Texnologiya İnstitutu tərəfindən təşkil edilən “ClimateLaunchpad”ın Azərbaycandakı əsas təşkilatçısı və rəsmi tərəfdaşı Sil. Sosial İnnovasiya Laboratoriyasıdır.
Dünya finalında hər iştirakçı ölkədən seçilmiş komandalar Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcək. Böyük Finalın qalibi 10 000 avro, ikinci yerin sahibi 5 000 avro, üçüncü yer tutan komanda isə 2 500 avro pul mükafatı qazanacaq. Eyni zamanda, ilk 10 yeri tutan startap layihələri kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olacaqlar. Bu akselerator proqramında hər bir layihəyə üç mərhələdə  95 000 avro maliyyə dəstəyi verilir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib