azadses.az » Cəmiyyət » "10-a qədər meyiti öz gözlərimlə görmüşəm"- Həkim DANIŞDI

"10-a qədər meyiti öz gözlərimlə görmüşəm"- Həkim DANIŞDI

"Bu xəstəlik və onun ağırlaşmasından vəfat etmiş 39 həkimin yarısını şəxsən tanıyırdım, ikisi tələbə, biri iş yoldaşım idi. Hamısı da fəal əmək qabiliyyətli, gənc, cavan və orta yaşlı idilər. 2 yaxın qohumum vəfat edib, biri hazırda reanimasiyadadır. Bacım və qardaşımın ailələrinin bütün üzvləri yoluxaraq evdə uğurla müalicə olunublar. İşlədiyim xüsusi rejimli xəstəxanadan çıxan 10-a qədər meyidi öz gözlərimlə görmüşəm"
Bu sözləri Sonxeber.az-a açıqlamasında ATU dosenti, cərrah Ədalət Rüstəm deyib:
"Artıq 4,5 aydır ki, millətimiz, xalqımız və dövlətimiz SARS-COV-2 pandemiyasindan əziyyət çəkir. 500-dən artıq vətəndaşımız, o cümlədən bilavasitə COVİD-19 xəstələrinin müalicəsində iştirak edən 39 həkimimiz, bir o qədər də orta və kiçik tibb işçiləri, texniki tibbi heyətin üzvləri bu virusun qurbanları olublar.
40 minə qədər yoluxmuş insan xüsusi rejimli xəstəxanalarda müalicə olunub və olunur. Təxmini hesablamalara görə yüngül simptomu azı 150-200 min insan evdə müalicə olunub və hazırda müalicəsi davam edir.
Sonuncu rəqəmin azı 2 dəfə çox olduğunu iddia edənlər də var". Elektron və kağız mətbuatında, internet TV-lərdə əhalinin tibbi-sanitar maarifləndirilməsində öndə çıxış etdiyini deyən Ədalət Rüstəm inanmayanların bir qisminin savadsızlıq, cahillik və nadanlıq ucbatından digər insanları virusa yoluxdurduğunu bildirib:
"Müstəqil həkimlər birliyi şərti adlı birliyin yaradılmasının təşəbbüsçüsü və təsisçilərindən biri olmuşam. Birliyin hazırladığı və NK yanında Operativ Qərargaha göndərdiyi 20 maddəlik təkliflər paketi ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı, qısa müddətdə yarım milyondan artıq insan bəyəndi və dəstəklədi. Hazırda birliyimiz əhaliyə yönəlik tövsiyələr və məsləhətlər paketi üzərində işləyir. Məqsəd payız aylarında gözlənilən 2-ci dalğanın təsirlərinin və itkilərin mümkün qədər az olmasına nail olmaq üçün xalqımıza və dövlətimizə dəstək olmaqdır.
Birliyimizin ikinci əsas fəaliyyət istiqaməti bu ağır infeksiyanın qurbanları olmuş həkimlərin, tibb və texniki tibbi işçilərin ailələrinin sosial müdafiəsinin daimi və normal gücləndirilməsi uğrunda fəaliyyət göstərməkdir. Təbii ki, bu aylarda dövlətimizin və xalqımızın maddi itkiləri üzərində dayanmaq istəmirəm. Bu iqtisadçıların, maliýəçilərin və hökumətin prioritet istiqamətlərinə aiddir. Nəticədə nsanlarımızın bir hissəsini bu təhlükəli infeksiyanın və onun törətdiyi ağır xəstəliyin mövcudluğuna inandıra bilmədik.
Biz həkimlər, ziyalılar, alimlər, hökumət də bu işi bacarmadıq. İnanmayan insanlar daxili yoluxma hadisələrinin əksəriyyətinin birbaşa səbəbkarlarıdırlar. Onların müəyyən hissəsi yoluxdu və ətrafdakıları da yoluxdurdular. Bu günə qədər hər 5 ölümdən 4-ü bu insanların cahilliyinin, nadanlığının qurbanları oldular. Onların ölümü bu tiplərin vicdanına yazılmışdır. İnanmayanların bir qismi savadsızlıq, cahillik və nadanlıq ucbatından inanmırlar. Digərlərini isə karantin rejiminin dərhal aradan qaldırılmasını istəyən və bu rejimə qarşı olanlar, əks qüvvələr təşkil edir. Bu qüvvələrə çoxmilyonluq qazanclarını itirən oliqarxlar, restoran-şadlıq evləri sahibləri, toy müğənniləri və digərləri aiddirlər. Sonuncular insanların cahil hissəsi üzərində məharətlə manipulyasiya edirlər, olmazın şaiyələr, böhtanlar yayırlar.
Əhalinin inanmayan hissəsinin inandırılmasının yolu karantin rejimini dəfələrlə pozanların, polisə tabe olmayanların və müqavimət göstərənlərin cəzası, tam hüquqi əsaslar və yerli məhkəmələrin qərarları ilə müəyyən müddətlərdə (30-100 saat) xüsusi rejimli koronavirus xəstəxanalarında sanitar, potter, texniki işçi və başqa formada işlədilməsindən keçir".
Şəlalə Babayeva
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu