Azərbaycanın tədiyyə balansında 5 milyard dollardan çox profisit yaranıb
- 12-09-2023, 19:31
- Cəmiyyət
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın tədiyyə balansının ümumi profisiti 5 milyard 245 milyon ABŞ dolları təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur.
Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 5 milyard 154,6 milyon ABŞ dollarlıq profisit (əvvəlki illə müqayisədə 2 dəfə və ya 50,1 % az), kapital hesabındakı 6,8 milyon ABŞ dollarlıq kəsir (68 dəfə çox), maliyyə hesabındakı 508,6 milyon ABŞ dollarlıq profisit (əvvəlki il kəsir olub), balanslaşdırıcı maddələr üzrə 411,4 milyon ABŞ dollarlıq kəsir (3,1 % çox) hesabına formalaşıb.