azadses.az » Cəmiyyət » Kredit faizləri niyə yüksəkdir?

Kredit faizləri niyə yüksəkdir?

Pərviz Heydərov yazır...

Ölkə başçısı İlham Əliyev tərəfindən ilk dəfə olaraq hələ 8 il öncə - 2015-ci ilin dövlət büdcəsi haqqında qanunun tətbiqinə dair Fərmanda Mərkəzi Banka (AMB) tapşırılmışdı ki, ölkədə kommersiya banklarının təklif etdikləri kreditlər üzrə faiz dərəcələri aşağı salınsın, həmin dərəcələrlə adıçəkilən qurumun uçot dərəcəsi arasında fərq azaldılsın və bu istiqamətdə digər əməli tədbirlər görülsün.

Tədbir görüldümü? Xeyr... Nəyə görə? Cavab verilə bilər ki, həmin ildə iki dəfə devalvasiya baş verdi, nəticədə ölkədə makroiqtisadi sabitlik pozulma təhlükəsi üz-üzə gəldi, bank sektoru böhrana düçar oldu, 10-dan çox bank iflasa uğradı, problemli kreditlər manatın dəyərdən düşməsi müqabilində daha da kəskin xarakter aldı, valyuta ehtiyatları xeyli əridi və sair...
Ona görə də kredit faizlərinə diqqət yetirməyə macal qalmadı. Amma belə deyil.

Bəs, sonrakı illərdə məsələ niyə yada salınmadı? Kreditlər üzrə faiz dərəcələri aşağı düşdümü? Xeyr... Nəyə görə? Çünki bu, öz-özünə baş verə bilməzdi və baş vermədi, vermir də. Səbəbsə aydındır...

Çünki ölkədə fəaliyyət göstərən bankların təklif etdikləri kredit faizləri neçə illərdir yüksəkdir və sözügedən məsələ yeni problem deyil, neçə illərdir mövcuddur. Bu da onu göstərir ki, məsələnin həlli yolu demək olar, yoxdur.

Yəni, nəzərə alsaq ki, bankların gəlir mənbəyi, sərbəst vəsaitləri özlərinə cəlb edərək ondan gəlir götürmək üçün istifadə etdikləri yeganə alət və vasitələri məhz kredit ödənişidir, əslində faizlər elə də yüksək olmalı deyil.

Təkrar edirəm, bankların əsas gəlir mənbəyi sərbəst vəsaitləri cəlb edərək müəyyən dividentlər müqabilində dövriyyəyə buraxmaqdan ibarətdir. Odur ki, sual yaranır, əslində hansı bank istəyər ki bunu özünə sərf edən formada deyil, məhz əksinə həyata keçirsin, bahalı kredit siyasəti yürütsün? Əlbəttə, heç bir bank... Bəs, niyə kredit faizləri yüksəkdir?

Səbəblər aydındır. Birincisi, kreditlərin geri qaytarılmaması ehtimalı böyükdür, ikincisi tələb olunan kreditləri vermək üçün yetərincə pul yoxdur, üçüncüsü verilən kreditlərdən gəlir götürmək imkanları məhduddur və sair...

Bunların həlli təkcə banklardan asılı məsələlər deyil axı... Ölkədə bank kreditlərinin faiz dərəcələrinin nəyə görə yüksək olduğu haqda sualı cavablandırarkən ilk növbədə nəzərə almaq vacibdir ki, söhbət, burada da məhz “əmtəə satışından” gedir.

Odur ki, sual olunur, bu və ya digər əmtəənin qiyməti nəyə görə baha və yaxud ucuz olur? Ona görə ki, ya ona tələbat yüksək olur, yəni, təklif bunu ödəyə bilmir və yaxud da ki, satış getmir - təklif tələbi üstələyir...

Kredit faizləri məsələsində də eyni vəziyyətdir. Belə ki, kredit də bir əmtəə növü olmaqla pul şəklində satılmaqla gəlir gətirir. İş ondadır ki, Azərbaycanda isə kreditə tələbat olduqca yüksək səviyyədədir. Bankların resurslarısa o qədər çox və tam əlverişli vəziyyətdə olmadığından sözügedən tələbata uyğun necə deyərlər, pul satışı həyata keçirtmək mümkün deyil. Ona görə də məcburdurlar ki, faizləri qaldırsınlar və yaxud da bahalı kredit təklifi ilə çıxış etsinlər.

Məsələn, hansı bankı məcbur etmək olar ki, kənd təsərrüfatı istehsalçısına ucuz kredit versin? Özü də əhalidən sığortası 12%-ə yaxın cəlb etdiyi əmanət resursları hesabına... Sabah, həmin əmanətçi pulunu tələb edəndə necə olacaq? O zaman bank deməlidir ki, dayan gözlə, mövsüm yaxşı keçməyib, kənd istehsalçısı məhsul əldə edə bilməyib?

Bütün bunları nəzərə almaq vacibdir. Yəni, kim istəməz ki, gəlir götürməsin və yaxud kim istəyər, malını hədsiz baha təklif etməklə alıcısını qaçırtsın? Bəs, çıxış yolu nədədir?
Ölkədə kommersiya banklarının təklif etdikləri kredit resursları üzrə faiz dərəcələrinin aşağı salınması, əlverişliliyinin təmini üçün ilk növbədə iqtisadiyyatın real sektorunda risklilik səviyyəsi aradan götürülməlidir.

Kreditlərin geri qaytarılması müddəti minimum təşkil etməli, ortada müvafiq sığorta komponentləri və mexanizmi mövcud olmalı, fəaliyyət göstərməlidir. Bundan əlavə, biz, banklarımızın maliyyə imkanlarından, likvidliyindən danışanda qeyd edirik ki, hər şey yaxşıdır. Əslində isə belə deyil.

Banklardakı sərbəst vəsaitlərin çox hissəsini əmanətlər təşkil edir. Mərkəzi kredit resurslarının həcmi əhəmiyyətli şəkildə deyil. Girişdə 2015-ci ilin dövlət büdcəsi haqqında qanunun tətbiqinə dair Fərmanda bankların təklif etdikləri kreditlər üzrə faiz dərəcələri ilə AMB-nin uçot dərəcəsi arasında fərqi azaltmaq haqda tapşırıq verildiyini xatırlatdım.

Həmin fərq nədən irəli gəlir? Banklarda məhz AMB resurslarının azlığından... Bütün bu məsələlər həllini tapmalıdır. Banklar sərbəstliyə öyrənməli, sektorda rəqabət olmalıdır, - təmərküzləşməyə yol verilməməlidir.

Yeri gəlmişkən, 8 il öncə Mərkəzi Bankın uçot dərəcəsi 3,5% idi, indi 9%. Ölkədə kredit faizləri isə o vaxt necə idisə, indi də elədir...
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu