azadses.az » Cəmiyyət » Azərbaycanda uçot dərəcəsinin artırılmasının lehinə olan üç arqument

Azərbaycanda uçot dərəcəsinin artırılmasının lehinə olan üç arqument

Azərbaycanda uçot dərəcəsinin artırılmasının lehinə olan üç arqument

Azərbaycan Mərkəzi Bankının (AMB) sabahkı İdarə Heyətinin iclasında yenidən uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,75 %-ə çatdırılacağı gözlənilir.

“Report” xəbər verir ki, bunu Rusiyanın “Qazprombank” bankının Təhlil şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.

O, belə bir qərarın lehinə üç arqument göstərir: inflyasiyanın artım nümayiş etdirməsi; mənfi real faiz dərəcəsi fonunda əhalinin əmanətlərinin davamlı olaraq yüksək şəkildə dollarlaşması; pul kütləsində qeyri-davamlı azalma tendensiyası: “İqtisadi artımın ləngiməsi əlamətlərinin meydana çıxmasını və ərzaq və qeyri-ərzaq seqmentlərində inflyasiya meylinin davam etməsini nəzərə alaraq, AMB-nin monetar sərtləşdirməyə dair mümkün fasilə ilə bağlı bəyanatının müəyyən qədər yumşaldılmasını istisna etmirik”.

Qeyd edək ki, İdarə Heyətinin fevral iclası zamanı AMB monetar-kredit şərtlərin normallaşdırılmasını davam etdirib və gözlənildiyi kimi, uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,5 %-ə çatdırılıb. Bundan başqa, monetar şəraitin tənzimlənməsi məqsədilə faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,75 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 %-ə çatdırılıb.

“Qazprombank”ın iqtisadçısı bildirib ki, bu addım iqtisadiyyatda kredit fəaliyyətini tənzimləmək imkanlarını genişləndirib: “Əvvəlki iclasın yekunlarına əsasən, AMB qeyd edib ki, uçot dərəcəsinin yenidən artırılması ilə bağlı qərar stimullaşdırıcı fiskal siyasət fonunda faktiki iqtisadi artım templərinin potensial səviyyədən artıq olması və yerli bazara əhəmiyyətli xarici valyuta axını ilə bağlıdır. Məhz o vaxt Mərkəzi Bank dezinflyasiya tendensiyasının davam etməsi təqdirdə, monetar sərtləşdirmə siyasətində mümkün pauza barədə siqnal vermişdi. Eyni zamanda, fevralda iqtisadiyyata inflyasiya təzyiqi güclənib. Bu da uçot dərəcəsinin artırılması məsələsini aktual olaraq saxlayır”.

Onun sözlərinə görə, fevralda inflyasiya sürətlənməyə başlayıb və həm uçot dərəcəsindən, həm də Mərkəzi Bankın hədəf diapazonundan yüksək olub. Qiymət artımı noyabr-yanvar aylarında yavaşladıqdan sonra fevralda illik müqayisədə 14,1 %-ə qədər, aylıq müqayisədə isə əsasən xidmət tarifləri hesabına 0,5 faiz bəndi artıb. Azərbaycanda ərzaq inflyasiyası isə aylıq müqayisədə 0,4 faiz bəndi azalaraq ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 %-dək yavaşlayıb. Qarabaşaq, yumurta, çuğundur, o cümlədən günəbaxan və qarğıdalı yağının qiymətlərində az artım müşahidə olunub. Amma ət, süd məhsulları, şəkər və qənnadı məmulatları, həmçinin çay və sərinləşdirici içkilərin qiymətləri sürətlə artmaqda davam edib.

Qeyri-ərzaq seqmentində inflyasiyanın sürətlənməsi isə fevralda dayanıb və ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 % səviyyəsində sabitləşib. Eyni zamanda, məişət texnikası, tikinti materialları və yuyucu vasitələrin qiymətləri artmaqda davam edib. Nəqliyyat və kommunal xidmət tariflərinin yüksəlməsi fonunda xidmətlər seqmentində inflyasiya ay ərzində 1,7 faiz bəndi artaraq ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 %-ə yüksəlib. Lakin bu tendensiya beynəlxalq hava nəqliyyatı ilə bağlı qiymətlərin aşağı düşməsi ilə müəyyən qədər zəifləyib.
Bankın iqtisadçısı qeyd edib ki, inflyasiyanın AMB-nin hədəf dəhlizindən (4 % +/-2 faiz bəndi) kənarda qalaraq, onun yuxarı həddini 0,81 faiz bəndi, yenidən maliyyələşdirmə dərəcəsini isə 0,56 faiz bəndi üstələyib.

G.Xaydarşinanın sözlərinə görə, əhalinin əmanətlərinin dollarlaşması azalma tendensiyasını bərpa etsə də, lakin bu, hələ də yüksək olaraq qalır: “AMB-nin məlumatına görə, əhalinin manatla əmanətlərinin həcmi yanvarda aylıq müqayisədə 0,9 %, illik isə 22,2 % artıb. Bu, əhalinin əmanətlərinin dollarlaşmasının noyabr-dekabr aylarında artımından sonra aşağıya doğru dəyişməsinə yardım göstərib. Fevralın əvvəlində əhalinin xarici valyutada əmanətlərinin xüsusi çəkisi 39,2 %-dən 38,8 %-ə düşüb. 2022-ci ilin sonunda və pandemiyanın başlanğıcından bəri ən aşağı səviyyəyə qayıdıb. Uçot dərəcəsinin artımı depozitlərin dollarlaşmasını 40 %-dən aşağı səviyyədə saxlamağa kömək edəcək”.

Pul kütləsinə gəlincə, G.Xaydarşina hesab edir ki, bu tendensiya hələ də qeyri-sabit olsa da, o, bərpa olunmağa başlayıb. Stimullaşdırıcı fiskal siyasət pandemiyanın başlanğıcından bəri pul kütləsinin 1,8 dəfə artaraq manatla ÜDM-in 22 %-nə çatmasına səbəb olub. Eyni zamanda, bu il üçün büdcə kəsiri ÜDM-in 2,4 %-i səviyyəsində planlaşdırılıb (ötən il ÜDM-in 1 %-i təşkil edib).

“Yanvarda iki ardıcıl 0,25 bəndlik uçot dərəcəsi artımından sonra geniş pul kütləsi azalmağa başlayıb (ay ərzində -2,2 %). Hesab edirik ki, bu tendensiya qeyri-sabitdir və daha da möhkəmlənməlidir. Üstəlik, pul kütləsinin illik ifadədə artımı güclü olaraq qalıb və 25,1 % təşkil edib”, - o vurğulayıb.

G.Xaydarşina hesab edir ki, iqtisadi aktivlik müsbət olaraq qalsa da, uçot dərəcəsinin artırılması ehtiyatlı olmağı tələb edir: “Fevral iclasında AMB ötən il müşahidə olunan iqtisadiyyatın həddindən artıq “qızması” ilə bağlı əlamətlərə işarə edib. Eyni zamanda, yanvar-fevral aylarında iqtisadi artım ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 %-ə qədər korreksiya edilib. Müsbət artım qeyri-neft-qaz sektoru tərəfindən dəstəklənib. Bu sektor fiskal stimul və turist axını hesabına illik 4,6 % artıb. Bununla yanaşı, yanvar-fevral aylarında neft-qaz sektorunda mənfi tendensiya müşahidə olunub: onun ÜDM-də payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 % azalıb. Hesab edirik ki, bu şərtlər daxilində Mərkəzi Bank uçot dərəcəsinin artırılması ilə bağlı ehtiyatlı mövqeyini qoruyacaq və uçot dərəcəsini 0,25 faiz bəndindən çox artırmayacaq.

Onun tədricən yüksəldilməsi isə iqtisadi artıma həddindən artıq təzyiqin qarşısını almağa kömək edəcək. Eyni zamanda, ərzaq və qeyri-ərzaq seqmentlərində dezinflyasiya tendensiyası davam etdiyi üçün biz dərəcələrin artırılmasında fasilənin olmasını istisna etmirik”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  2. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  3. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  4. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  5. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  6. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  7. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  8. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  9. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  10. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu