azadses.az » Cəmiyyət » “Qisasımız qiyamətə qalmadı” kitabının təqdimatı keçirilib - FOTO

“Qisasımız qiyamətə qalmadı” kitabının təqdimatı keçirilib - FOTO

“Qisasımız qiyamətə qalmadı” kitabının təqdimatı keçirilib - FOTO
Sumqayıtda Heydər Əliyev Mərkəzində tanınmış şair-publisist Fuad İslamoğlunun “Qisasımız qiyamətə qalmadı” kitabının təqdimatı və imza günü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən şəhər ziyalıları, rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət və mətbuat nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, böyük şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra ulu öndərin, şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ zamanı həyatını itirmiş şəxslərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa arzulanıb.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə müəllifin ədəbiyyatımıza növbəti ərməğanı olan “Qisasımız qiyamətə qalmadı” adlı şeirlər toplusu oxuculara təqdim edilib. Bildirilib ki, şəhidlərimizin əziz və unudulmaz xatirəsinə ithaf olunmuş kitabda əsasən ulu öndər Heydər Əliyevin mükəmməl siyasətini uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, yüksək sərkərdəlik məharəti, mahir diplomatiyası, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi, xalqın dəyanəti, əzmkarlığı, hərbçilərimizin şücaəti və qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazanılan tarixi Qələbədən, qürur dolu 44 günlük döyüşlərdən bəhs edilir. Eyni zamanda, şeirlər toplusunda yurd sevgisi, xalqa, dövlətə, dosta, qohuma sədaqət, ülvi məhəbbət mövzularında şeirlərə, ağsaqqal tövsiyələrinə və təmsillərə də geniş yer verilib.

Qeyd edilib ki, şairin sayca beşinci olan bu kitabından əvvəl oxucuların ixtiyarına verdiyi “Təmizlik”, “Yaşamalı dünyadı”, “Bu səs sənin səsindirmi”, “Qartal səmada tək uçur” kitabları da geniş oxucu kütləsinin marağına səbəb olub.

Tədbirdə şairin yeni kitabda yer almış müxtəlif dövrlərdə yazdığı şeirləri səsləndirilib.

Sonda şairin oxucularla, o cümlədən şəhid ailələri və qazilər ilə səmimi söhbəti baş tutub və fikir mübadiləsi aparılıb.



DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - YENİLƏNİB
  2. Şağanda kişi qonşularını bıçaqlayıb, ölən və yaralılar var
  3. Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
  4. Suraxanıda 60 yaşlı qadını avtomobil vurub
  5. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  6. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  7. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  8. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  9. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  10. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzi (DİM) inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına Ətraflı
Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı verəcəklər
Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı verəcəklər
Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün Ətraflı
Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?