azadses.az » Cəmiyyət » Vəkillər Kollegiyası Türkiyədə zəlzələdən zərərçəkənlərə bir milyon türk lirəsi məbləğində yardım ayırıb

Vəkillər Kollegiyası Türkiyədə zəlzələdən zərərçəkənlərə bir milyon türk lirəsi məbləğində yardım ayırıb

Vəkillər Kollegiyası Türkiyədə zəlzələdən zərərçəkənlərə bir milyon türk lirəsi məbləğində yardım ayırıb

Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbədənkənar onlayn iclası keçirilib.

Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Bildirilib ki, iclasda kollegiyanın sədri Anar Bağırov qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində zərərçəkən insanlar və Türkiyə Vəkillər Kollegiyasının üzvlərinə maddi yardım təşəbbüsü ilə çıxış edib. Sədr baş vermiş fəlakətin və çox sayda insan itkisinin Azərbaycan xalqını dərindən sarsıtdığını bildirib:

“Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı bu məsələdə də öz təsdiqini tapıb. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədi ilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göndərilib və bu yardımlar davam edir. Zəlzələdən zərərçəkmişlərə dəstək məqsədi ilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fond tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir. Eyni zamanda vətəndaşlarımız da yardım kampaniyası başladıblar. Bütün bunlar onu göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri dünya üçün qardaşlıq nümunəsidir”.

Anar Bağırov yardım kampaniyası ilə bağlı vəkillər tərəfindən çoxsaylı müraciətlərin daxil olduğunu diqqətə çatdırıb:

“Bu baxımdan hesab edirəm ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti olaraq bu məsələyə biganə yanaşmamalı, türkiyəli qardaşlarımızın yanında olmalı və onlara hər cür dəstək göstərməliyik. Təklif edirəm ki, bu məqsədlə Vəkilliyin İnkişaf Fondundan həm zəlzələdən zərərçəkən Türkiyə xalqına, həm də bu ölkənin Vəkillər Kollegiyasına maddi dəstək göstərək. Çünki bu, hər bir Azərbaycan vəkilinin istəyidir. Ona görə də bu yardımda rolu olan, türkiyəli qardaşlarımıza dəstək ifadə edən hər bir vəkilimizə dərin təşəkkürümü bildirirəm”.

Təklif Rəyasət Heyəti üzvləri tərəfindən yekdilliklə dəstəklənib. Qərara alınıb ki, zəlzələdən zərərçəkənlərə dəstək məqsədi ilə Vəkilliyin İnkişaf Fondundan bir milyon türk lirəsi ayrılsın. Bu vəsaitin 500 min lirəsi Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD), 500 min lirəsi isə Türkiyə Vəkillər Kollegiyasının hesabına köçürüləcək.

Qeyd edək ki, həmin vəsait Vəkilliyin İnkişafı Fonduna vəkillərin ödədikləri order markasından (xərcindən) yığılan vəsait hesabına köçürüldüyündən bu aksiyada bütün vəkillərin iştirakı təmin olunub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib