azadses.az » Cəmiyyət » Xərçəng xəstəsinə sətəlcəm diaqnozu necə qoyulub? - Həkimdən açıqlama

Xərçəng xəstəsinə sətəlcəm diaqnozu necə qoyulub? - Həkimdən açıqlama

Xərçəng xəstəsi olan şəxsə “HB Güven Klinikası”nda “sətəlcəm” diaqnozu qoyub səhv müalicə olunduğu bildirilən və vəfat edən Dağbəyi Məmmədovla bağlı ictimai müzakirələr hələ də davam edir. Klinika açıqlamasında bildirmişdi ki, tanınmış həkim Vasif İsmayılovun vasitəçiliyi ilə həmin xəstəni qəbul etmişdilər. Məsələni ictimailəşdirən D.Məmmədovun oğlu Zamiq Məmmədliyə elə vasitəçi olan həkim V.İsmayıl cavab verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, V.İsmayıl qeyd edib ki, üç ay əvvəl Dağbəyi Məmmədovun qızdırması qalxıb: “Çətin zaman idi. COVID-19 ilə əlaqədar ağciyər iltihabı olan xəstələrin heç biri ağciyər xəstəlikləri xəstəxanasına qəbul edilmirdi. Əvvəlcə virus testi aparılırdı. Zamiq Dağbəyi dayının bütün məsələlərini mənimlə məsləhətləşirdi. Dağbəyi dayının qızdırması çıxanda hər şeyi Ağciyər xəstəlikləri institututu ilə məsləhətləşməsini tövsiyə etdim. Alınmadı. Orada ancaq COVID xəstələri yatırdı. Dağbəyi dayıda isə COVİD testi mənfi idi. Adam rəsmən ortalıqda qaldı. İndi işlədiyim "Güvən" klinikasına zəng etdim. Qəbul etmədilər. Səhiyyə Nazirliyindən direktiv gəlmişdi: bütün ağciyər infeksiyaları TƏBİB kontrolundan keçməli idi. Analiz günlər əvvəl alınmışdı, amma cavabını demirdilər. Dağbəyi dayı evdə əziyyət çəkirdi. Yanında da oğlu Zamiq, bir də qızları. Qarabağ qazisi bir adamın, öz ailəsini qoyaraq öz kəndi uğrunda döyüşlərə qoşulan birinin evdə yardımsız qalmasına vicdanım əl vermirdi. 
"Güvən klinikası" ilə danışdım. Dağbəyi dayını küçəyə çıxma qadağası olan günlərdə xəstəxanaya yatırdıq. COVID yoxladıq. Mənfi idi. Amma "sətəlcəm" tapdıq. Bildiyimiz adi sətəlcəm. Dağbəyi dayı ilə müntəzəm maraqlanırdım. Həkimlərinə tam olaraq inanırdım, amma Zamiq rahat olsun deyə yoluxurdum. Özünün yanına dəfələrlə girdim. Klinika onun başına ancaq ona xidmət edən tibb bacısı qoymuşdu. Dağbəyi dayı özü-özünə qulluq edə bilmirdi. Dağ kimi kişi idi, amma xəstəlik onu çətin vəziyyətə salmışdı. Klinika bacardığını elədi.“Sətəlcəmin" gündəlik müalicə xərcləri çox çıxır. Üç gün sonra Dağbəyi dayı nisbətən düzələndə "evə göndərək, evdə müalicə olsun" deyə qərar çıxdı. Zamiq istəmədi. Zəng etdim, xahiş etdim, saxladılar. Dağbəyi dayı evə xəstəxanaya gəldiyi şikayətlər olmadan getdi. Şahidəm. Amma bir həftə sonra pisləşdi.
Mənim şəxsən tanıdığım, hər gün mənə Dağbəyi dayının vəziyyətini məruzə edən həkim dedi: pisləşmənin altında ancaq onkoloji xəstəlik yata bilər.
Doktor tövsiyə etdi, Zamiq yoxlatdı. Dağbəyi dayıda mədə xərçəngi var imiş. İndi Zamiq ödədiyi, özəl xəstəxanaya ödədiyi məbləği geri istəyir.
Xəstəxana o məbləği geri verə bilməyəcək. Çünki alınan pulun əksər hissəsi dərmanlara verilib. Onsuz da bizim həkimlər Dağbəyi dayıdan həkim qonararı almamışdılar”.
Zamiq Məmmədli isə bu açıqlamaya cavab olaraq bildirib ki, atasının COVİD-19 testi mənfi çıxandan 3 gün sonra “HB Güven klinikası”na  yerləşdiriblər: “Atamı klinikanızın təcili tibbi yardım maşını ilə, əlbəttə ki pulu ödənməklə apardılar. Karantinin bura dəxli yoxdu. Atama kim infeksionist təyin etmişdi bilmirəm. Biz dəfələrlə Nazxanım Qasımovaya dedik ki, onkomarkerlər verilsin, xərçəngdən şübhələnirik. Dedi ki, yox, ehtiyac yoxdu, leykositləri normaldı, adicə sətəlcəmdi sadəcə. Gündə 8 dərman atmalı idi. Evə gətirdik həmin o dərmanları atmağa başlayandan sonra mədəsindən qan açıldı. Nazxanımın yazdığı dərmanlar qanaxma vermişdi, mədə xərçənginə gündə 8 dənə daş kimi dərman olmazdı! Mən atamı sənə güvənərək qondarma "Güvən" klinikasına yerləşdirdim ki, diaqnoz qoyulsun, amma onun onurğasında və mədəsində ağır xərçəng xəstəliyin təyini üçün heç bir addım atılmadı. 
2700 manat ödədim bəli, EGE klinikasına da 150 manat ödəyib Nazxanım Qasımovanın tövsiyəsi ilə döş qəfəsini KT-sini çəkdirdik. Yenə də mədəsindən qida borusuna qədər 27 cm boyundakı şişləri, onurğa sümüyündəki xərçəngi görmədilər? Atamın ömrünü qısaltdılar. Ona işgəncə verdilər. O ki qaldı Qarabağ qazisinə romantik tonlarda duyğusal həssaslığınıza, ona 1 manat da endirim etmədiniz. Nədən danışırsınız siz? Məsələ prokurorluq-məhkəmə ekspertizası vasitəsi ilə həll ediləcək. Hüquq mühafizə orqanları araşdırar, istintaq aparar, onda ortaq nəticəyə gələrik”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu