azadses.az » Cəmiyyət » Tural İsmayılov: “Qərbi Azərbaycana qayıdış bir hədəfdir, missiyadır, Azərbaycan xalqının amalıdır”

Tural İsmayılov: “Qərbi Azərbaycana qayıdış bir hədəfdir, missiyadır, Azərbaycan xalqının amalıdır”

Tural İsmayılov: “Qərbi Azərbaycana qayıdış bir hədəfdir, missiyadır, Azərbaycan xalqının amalıdır”

“Azərbaycan xalqının Qərbi Azərbaycana qayıdışı ədalətin özü, beynəlxalq hüququn işləkliyi, humanist dəyərlərin aliliyi deməkdir”.

Bunu “Report”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan tarixi dünya coğrafiyasının ədalətsiz imperialist maraqlar rakursunda nə qədər birtərəfli olduğunu göstərən mühüm faktoloji əsasdır: “Qərbi Azərbaycandan bir xalqın bir əsr boyu didərgin edilməsi, imperialist dairələrin bu reallığı görməzdən gəlməyi və nəticədə işğalın legitimləşdirilməsi, bir xalqın isə yurd-yuvalarından zorla kənarlaşdırılması prosesinin ən dəhşətli mənzərəsidir. Qərbi Azərbaycanda Azərbaycan xalqına məxsus mədəni irsin, azərbaycanlı izlərinin Ermənistan dövləti tərəfindən total şəkildə saxtalaşdırılması, yox edilməsi prosesi ardıcıl formada davam edir. Xankəndi və ətrafından yaşayan az sayılı erməni vətəndaşlarımızı separatçı oyunlara cəlb edən xarici güc faktorları da saysız azərbaycanlının Qərbi Azərbaycana qayıdış prosesindən bəhs edə bilmir. Azərbaycan xalqının Qərbi Azərbaycana qayıdışı ədalətin özü, beynəlxalq hüququn işləkliyi, humanist dəyərlərin aliliyi demək olacaq. Qlobal nizamsızlıqdan biz heç nə gözləmirik və öz liderimizə güvənirik. Hər birimiz də Qərbi Azərbaycan məsələsində fəal və prinsipial olmağı bacarmalıyıq”.

Politoloq qeyd edib ki, Qərbi Azərbaycana qayıdış konsepsiyası hazırlanmalıdır: “Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib ki, biz birgə səylərlə Qərbi Azərbaycana qayıdış konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış konsepsiyası sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik”.

T.İsmayılov deyib ki, bu tarixi amalın reallaşdırılması üçün dövlət başçısı öz qətiyyət və dəstəyini nümayiş etdirib: “Qərbi Azərbaycandakı yer adları, kəndləri, toponimləri barədə bütün məlumat bazalarını formalaşdırmaqda bütün ictimaiyyət nümayəndələri fəal şəkildə iştirak etməlidir. İrəvandakı Təpəbaşı məhəlləsi də daxil olmaqla bir çox Azərbaycan abidələrinə qarşı Ermənistan vandallığı bir an olsun dayanmır. Əlimizdəki bütün mexanizmləri işlək hala gətirmək üçün Qərbi Azərbaycan məsələsində də xalqımız vətəndaş birliyi nümayiş etdirəcək.

1988-ci il deportasiyasını bilavasitə yaşamış, o dəhşətli hadisələrin şahidi olmuş qərbi azərbaycanlılar var, onların beynəlxalq platformalarda səsini duyurmalıyıq. Həmin canlı şahidlərlə, deportasiya qurbanları ilə görüşlər keçirmək, onların xatirələrini dinləmək, onların dediklərini sənədləşdirmək lazımdır. Yəqin ki, Qərbi Azərbaycandan deportasiya edilən insanlarla bağlı sənədli filmlər hazırlanmağını təşviq etmək üçün işlər də görüləcək”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib