azadses.az » Cəmiyyət » “Bir olaq, həmrəy olaq!” adlı bayram tədbiri keçirilib - FOTO

“Bir olaq, həmrəy olaq!” adlı bayram tədbiri keçirilib - FOTO

“Bir olaq, həmrəy olaq!” adlı bayram tədbiri keçirilib - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Bir olaq, həmrəy olaq!” adlı bayram videokonfransı təşkil edib.

Komitə sədri Fuad Muradov 63 ölkədən 500-ə yaxın soydaşımızın qatıldığı videokonfransı açıq elan etdikdən sonra torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Komitə sədri xaricdə yaşayan soydaşlarımızı bayram münasibətilə təbrik edib, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V (Zəfər) Qurultayındakı tövsiyələri əsasında diaspor quruculuğu sahəsində başlanan yeni və mühüm mərhələdən danışıb. Xaricdəki icmalarımızın qarşısında dayanan hədəf və vəzifələrə diqqət cəlb edilib, qalib Vətənimizin adının yüksək səviyyədə təmsil olunması naminə fədakar xidmətlər göstərən diasporumuza minnətdarlıq ifadə olunub.

Azərbaycan diasporunun 2022-ci ildəki fəaliyyətini əks etdirən videohesabat təqdim olunub.

Soydaşlarımız Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib, dünya azərbaycanlılarına daim həssas münasibət və qayğı göstərən dövlət başçısına minnətdarlıqlarını bildirib, hər zaman Azərbaycanın və onun ali siyasi rəhbərliyinin yanında olduqlarını bəyan ediblər.

Görüşdə diasporumuzun koordinasiyalı fəaliyyət imkanlarının genişləndiyi barədə danışılıb, 2023-cü ildəki hədəflər dilə gətirilib. Konfrans iştirakçıları qeyd ediblər ki, bu qədər soydaşımızın iştirakı ilə görüşlərin təşkil olunmasının ənənəyə çevrilməsi onların əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır və daha sıx birləşmələrinə ciddi təkan verir.

Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə, Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfələrə, ölkəmizin beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı səmərəli işinə görə bir qrup diaspor üzvü “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.

Soydaşlarımızın hazırladıqları müxtəlif musiqi nömrələrinin, “Həmrəylik” videoçarxının təqdim olunduğu konfrans “Diaspor Marşı”nın sədaları altında yekunlaşıb.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar