azadses.az » Cəmiyyət » Bələdiyyə sədri meşə ağaclarını kəsdirdiyinə görə saxlanılıb? - AÇIQLAMA

Bələdiyyə sədri meşə ağaclarını kəsdirdiyinə görə saxlanılıb? - AÇIQLAMA

Bələdiyyə sədri meşə ağaclarını kəsdirdiyinə görə saxlanılıb? - AÇIQLAMA

Lənkəranda bələdiyyə sədri və qohumlarının meşədən qanunsuz ağac kəsib daşıması iddia edilib.

Ətraf ərazidə yaşayan sakinlər tərəfindən “Qafqazinfo”ya daxil olan məlumata görə, dekabrın 15-də Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisində Lənkəran rayon Köhnəgəgir kənd sakinləri - Lənkəran rayon Gəgiran bələdiyyəsinin sədri İdris Novruzov, onun oğlu Aqil Novruzov, digər oğlu və eyni zamanda meşənin gözətçisi Nizami Novruzov və qardaşı oğlu Vüsal Novruzov qanunsuz kəsilmiş meşə materiallarını daşımağa çalışıblar.

Qeyd edilib ki, İdris Novruzov və Nizami Novruzovun himayəsi ilə qanunsuz kəsilmiş meşə materialını (parket üçün material) daşıyan maşın ərazidən çıxarılarkən polis tərəfindən saxlanılıb. Qanunsuz ağac kəsmədə şübhəli bilinən şəxslər polis bölməsinə gətirilib, ilkin ifadələri alınandan sonra sərbəst buraxılıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı araşdırma başladılıb:

“Lənkəran Şəhər RPŞ-nin əməkdaşları tərəfindən yük yerində meşə materialı olan Lənkəran rayon sakini Aqil Novruzovun idarə etdiyi QAZ-66 markalı yük maşını rayonun Gəgiran kəndi ərazisində saxlanılıb. Həmin nəqliyyat vasitəsi yüklə birlikdə şöbənin duracağına gətirilib. Hazırda faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, sözügedən qohumlar bir neçə il öncə də meşədə qadağan olunan ərazidə qanunsuz ağaclar kəsən zaman Lerik Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları ilə münaqişə yaşamışdılar. Onlar idarə rəisi və bir neçə əməkdaşa həyat üçün təhlükəli ağır bədən xəsarətləri yetirmiş, hadisə ilə bağlı cinayət işi başlanmışdı. Sözügedən dəstə üzvləri barələrində həbs qətimkan tədbiri seçilsə də, onlar məhkəmə tərəfindən azadlığa buraxılmışdı.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib