İlham Əliyev idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi - SİYAHI

Bu barədə Prezident.az məlumat verib.
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər Prezidentin müvafiq Sərəncamları ilə təltif olunurlar:
“Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ilə:
Əliyev Vaqif Hüseynağa oğlu
Hüseynov Nazim Qalib oğlu.
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə:
İsayev Xəzər Ağali oğlu
Meftahəddinova Zemfira Əli qızı
Rəhimov Nazir Həzrətqulu oğlu
Şabanova Rəfiqə Mahmud qızı.
“Tərəqqi” medalı ilə:
Fərzəliyev Murad Qoçu oğlu
Kərimov Mehman Bayram oğlu.