azadses.az » Cəmiyyət » “Şanlı zəfər dövlətimizin gücünü, xalqımızın iradəsini nümayiş etdirdi” - RƏY

“Şanlı zəfər dövlətimizin gücünü, xalqımızın iradəsini nümayiş etdirdi” - RƏY

“Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı şanlı zəfər dövlətimizin gücünü, xalqımızın iradəsini nümayiş etdirdi”.

Bunu “Report” a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov deyib.

O qeyd edib ki, bu qələbəni təmin edən şəhidlərin ailələrinə və qazilərə dövlət qayğısı sosial siyasətin prioritet istiqamətlərindəndir:

“Bu günə qədər 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib və bu proses davamlı xarakter daşıyır. Əsas məqsəd bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsidir. Prezident də dəfələrlə öz çıxışlarında şəhid ailələri və müharibə əlillərinə xüsusi həssaslıqla yanaşılmasının vacibliyini vurğulayıb. Dövlət qurumları öz fəaliyyətlərində məhz Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrini əsas tutaraq fəaliyyətini qurur. Müharibədən sonrakı dövrdə şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min vətəndaşa 103 min sosial ödəniş təyin edilib, 3500 nəfər mənzillə təmin olunub. Eyni zamanda “YAŞAT” Fonduna toplanan 75 milyondan artıq vəsait də bu kateqoriyaya daxil olan insanlarımızın problemlərinin həlli üçün istifadə edilir”.

S.Məmmədov Azərbaycanda şəhid ailələri və müharibə iştirakçılarına xüsusi münasibətin olduğunu söyləyib:

“Dövlətin həyata keçirdiyi sosial dəstək tədbirləri ilə yanaşı ayrı-ayrı vətəndaşlar, hüquqi və fiziki şəxslər də bu prosesə töhfə verməyə çalışır. Hesab edirəm ki, Azərbaycan güclü iqtisadiyyata, qüdrətli orduya malik olan dövlət olmaqla bərabər həm də sosial ədalət prinsiplərini maksimum dərəcədə təmin etməyə çalışan dövlətlərdən biridir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi dövlətimizin siyasətinin mərkəzində vətəndaş amili dayanır”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar