azadses.az » Cəmiyyət » Azərbaycanda sabiq deputatın məhkəmədə dindirilməsi tələb edilib

Azərbaycanda sabiq deputatın məhkəmədə dindirilməsi tələb edilib

Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun oğlu, keçmiş deputat Aydın Abbasovun məhkəmədə dindirilməsi tələb edilib.

“Report” xəbər verir ki, bu barədə rüşvət almaqda təqsirləndirilən Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və ehtiyatda olan polis zabiti Ramin Talıbovun Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesində vəsatət qaldırılıb.

Belə ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən S.Kərimov bir neçə vəsatətlə çıxış edib.

S.Kərimov həmçinin cinayət işi üzrə istintaqı aparan müstəntiq Nurəddin Qasımovun məhkəmədə dindirilməsini istəyib.

Onun sabiq baş nazirin birinci müavini olmuş Abbas Abbasovun oğlu, keçmiş deputat Aydın Abbasovun məhkəmədə dindirilməsi tələbi ilə bağlı vəsatəti təmin olunmayıb.

Elan olunub ki, təqsirləndirilən şəxsin şahidlərin dindirilməsindən sonra ifadə verməsi ilə bağlı vəsatəti təmin olunub.

Daha sonra digər təqsirləndirilən Ramin Talıbovun vəkili də vəsatətlə çıxış edib. O söyləyib ki, cinayət işi üzrə əsas şahidlər dindiriləndən sonra müdafiə etdiyi şəxsin dindirilməsi təmin olunsun.

Məhkəmə vəkilin bu vəsatətini də təmin edib.

Daha sonra prokuror cinayət işi üzrə ittiham aktını elan edib.

İttihama görə, Bakı Şəhər Prokurorluğunun müstəntiqi olmuş S.Kərimov və keçmiş sahə inspektoru R.Talıbov Yasamal rayonunda hindistanlılardan 300 min dollar pul tələb ediblər. Son nəticədə isə 20 min manat pul alıblar.

İstintaq sənədlərinə görə, S.Kərimov Hindistan vətəndaşları - Şam Das Qanşamdas, Rac Kumar Vadquani Anıl, Kişor Sindhi, Nareş Şanti Kumar, Vikram Sinqh Racpurohit, Venkateş Kadri, Bhojuani Dhiraj, Aşok Kumar, Ananthakrişnan Balasubramaniandan rüşvət alıb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Məhkəmədə ittihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Daha sonra S.Kərimovun vəkili Kamandar Nəsibov çıxış edib. O, A.Abbasovun oğlu Aydın Abbasovun məhkəmədə dindirilməsi vəsatətinin təmin edilməsini istəyib:

“Aydın Abbasovun göstərişi əsasında bu cinayət işi başlanıb. Onun sifarişi ilə prokurorluq və daxili işlər orqanlarına ləkə vurulmaq məqsədi ilə bu iş qurulub. Cinayət işi başlanılmamışdan əvvəl Aydın Abbasov Zakir Qaralovun yanında olub, onun göstərişi ilə bu cinayət işi başlanılıb. Biz hesab edirik ki, Hindistan vətəndaşları burada dindirilsinlər. Bundan sonra təqsirləndirilən şəxs ifadə verəcək”.

Məhkəmə qərar qəbul edib və bildirilib ki, əvvəlcə şahidlərin dindirilməsi həyata keçiriləcək, daha sonra təqsirləndirilən şəxslər ifadə verəcəklər, sonda isə işdə olan sübutlar araşdırılacaq.

Növbəti proses noyabrın 14-də davam edəcək.

Xatırladaq ki, Hindistan vətəndaşlarının işlədiyi şirkət sabiq baş nazirin birinci müavini olmuş Abbas Abbasovun oğlu, keçmiş deputat Aydın Abbasova məxsus olub. S.Kərimov həbsinə görə keçmiş deputat Aydın Abbasovu günahlandırıb. O iddia edib ki, barəsindəki cinayət işi Aydın Abbasovun şikayəti əsasında başlanıb.

Söhbət Aydın Abbasova məxsus şirkətin hindistanlı işçilərindən rüşvət alınması haqda şikayətdən gedir. Cinayət işinin materialları arasında keçmiş deputatın prokurorluğa məktubu da var. Rüşvət alındığı iddia olunan hindistanlılar da deyiblər ki, işlədikləri yuyucu toz istehsalı və satışı ilə məşğul olan şirkət Aydın Abbasova məxsus olub.

Bir müddət sonra müstəntiqin əməlinin üstü açılıb, o, prokurorluq orqanlarından xaric olunub. Həmin vaxtdan isə S.Kərimov ölkəni tərk edib.

Faktla bağlı S.Kərimov və R.Talıbov barəsində cinayət işi başlanılıb. S.Kərimov ölkədə olmadığı üçün barəsində həbsli axtarış elan olunub. R.Talıbov isə zaminə buraxılıb.

Sabiq müstəntiq prokurorluqdan çıxandan sonra Rusiyaya gedib, xeyli müddət orada yaşayıb. 2022-ci ilin yayında Azərbaycana qayıdıb. O, şəxsiyyət vəsiqəsini yeniləməkdən ötrü “ASAN Xidmət”ə gedib, ertəsi gün isə saxlanılıb.

Qeyd edək ki, Abbas Abbasov 1992-2006-cı illərdə baş nazirin birinci müavini vəzifəsində çalışıb. Aydın Abbasov isə 2005-2015-ci illərdə Milli Məclisin deputatı olub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu