azadses.az » Cəmiyyət » Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir start götürdü

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir start götürdü

Şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr olunmuş həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirinin açılış mərasimi olub.

“Report”un məlumatına görə, Ardanış Futbol Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, MEDİA agentliyinin şöbə müdiri Natiq Əhmədli, “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev, baş redaktoru Murad Əliyev, rayon bələdiyyələrinin nümayəndələri və digər şəxslər iştirak edib.

Bundan əlavə, açılış mərasiminə şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov, Sirac Abışovun qardaşı Şirzad Abışov da qatılıb.

İlk olaraq şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra çıxışlar olub. Burada turnirin əhəmiyyətindən söz açılıb, şəhidərə Allahdan rəhmət dilənib.

Açılış mərasimindən sonra A və B qrupunda 2 qarşılaşma baş tutub. Meydana ilk olaraq “Ardanış” və “Sadaxlı” komandaları çıxıb. Görüş "Ardanış"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Media” - “Novoivanovka” oyununda qalib müəyyənləşməyib - 5:5.

A Qrupu
“Ardanış” - “Sadaxlı” - 2:1
Qollar: Emin Qasımov, Əsgər İbrahimov - Nihan Vəıiyev

B qrupu
“Media” - “Novoivanovka” - 5:5
Qollar: Rüstəm Abdullayev (3) Elmin Əlizadə (2) - Emin imaməliyev (2), Samir Əliyev (2), Qasım Məmmədov

Turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

Ənənəvi Futbol Turnirində 6 komanda - “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” mübarizə aparır.

Turnir hər birində 3 komanda olmaqla 2 qrupdan ibarətdir və 8 Noyabr - Zəfər Günü başa çatacaq. Dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda 1 və 2-ci yeri tutan komandalar yarımfinala yüksələcəklər. Yarımfinalda qalib gələnlər isə final matçında iştirak edəcəklər. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı futbolçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı” və “ən gənc oyunçu” nominasiyaları üçün mükafat, kubok, medal və hədiyyələr nəzərdə tutulub.

İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov “Ardanış”, Sirac Abışovun qardaşı Şirzad Abışov isə “Media” komandasında çıxış edir.

“Sultan keramik” və “Bee Tours”un sponsorluğu, “Mister Tum”un tərəfdaşlığı ilə keçiriləcək Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini “Report” İnformasiya Agentliyi və Rakus.az saytı verəcək.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Gəncədə beş nəfər qidadan zəhərlənib
  2. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  3. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  4. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  5. Azərbaycanda zəlzələ olub
  6. Bakıda kitabxana yanıb
  7. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  8. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  9. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  10. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Rəssamlıq Akademiyası arasında memorandum imzalanıb
Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Rəssamlıq Akademiyası arasında memorandum imzalanıb
Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Rəssamlıq Akademiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Bu barədə Ətraflı
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib