azadses.az » Cəmiyyət » Ermənilər “Gəncə məqsədlərinə” çatmadı - ŞƏRH

Ermənilər “Gəncə məqsədlərinə” çatmadı - ŞƏRH

44 günlük Vətən müharibəsi dövründə Ermənistan döyüş meydanında ard-arda düçar olduğu məğlubiyyətin qisasını Azərbaycanın mülki əhalisindən almağa çalışırdı. Necə deyərlər, Ermənistan çoxdankı şakərini işə salırdı və çirkin niyyətlərini göstərirdi.

Ermənilər bu məqsədlə cəbhə xəttindən kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raketlərlə atəşə tuturdu.

Məqsəd bəlli idi: Azərbaycan xalqının birlik ruhunu sarsıtmaq və Müzəffər Ordumuzun nailiyyətlərinə qarşı etirazlar yaratmaq.

Ermənistan 2020-ci il oktyabrın 4-də səhər saat 10 radələrində Gəncəni ilk dəfə raketlərlə bombaladı.

Gəncənin ilk bombalanması nəticəsində bir mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı, mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəydi.

Bununla belə, Azərbaycan xalqının mübarizə əzmi sarsılmadı və Ordumuz ruhdan düşmədi. Bunu görən Ermənistan ikinci dəfə, oktyabrın 5-də Gəncəyə yenidən raket atdı. Hücum nəticəsində üç mülki şəxs yaralandı.

Üçüncü hücum isə oktyabrın 8-də baş tutub, lakin ölən və yaralanan olmayıb.

Ermənistan oktyabrın 11 və 17-də Gəncəni güclü raket atəşlərinə məruz qoyub. 11 oktyabrda baş vermiş hücum nəticəsində 10 mülki şəxs şəhid olub və 40-dan çox insan yaralanıb. 17 oktyabrdakı hücumda hamısı mülki şəxs olmaqla 16 nəfər şəhid olub, 55 nəfər isə yaralanıb. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəyib.

Ermənistan bununla da özünün cinayətkar xislətini bir daha nümayiş etdirib. Amma Ermənistan və ona havadar olan qüvvələr öz məqsədlərinə çatmadı, Azərbaycan xalqı daha da ruhlanaraq Orduya, Prezidentə dəstəyini ifadə etdi.

Azərbaycan isə müharibədə Ermənistan üzərində həlledici qələbə qazandı.

Qeyd edək ki, Ermənistanın törətdiyi Gəncə terrorları ilə bağlı cinayət işi açılıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  2. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  3. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  4. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  5. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  6. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  7. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  8. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  9. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  10. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu